Nazirlər nə qədər maaş alır? - MƏBLƏĞ
15 Noyabr 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
703
16.12.2025, 12:10
Dekabrın 15-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyası öz işinə başlayıb.
Baş Prokurorluqdan Oxu24.com-a verilən xəbərə görə, 130-dan artıq dövlətin rəsmi heyətlərinin və çoxsaylı beynəlxalq və regional təşkilatların nümayəndələrinin təmsil olunduğu tədbirdə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət geniş tərkibli nümayəndə heyəti iştirak edir.
Tədbirin ilk hissəsində Assambleyanın fəaliyyətinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib, Assambleyanın yeni sədri və müavinləri seçilmişdir. Keçirilmiş səsvermə nəticəsində Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli Konvensiyaya Tərəf Dövlətlərin 11-ci Assambleyası sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilib.
Assambleyanın ilk günündə Plenar iclasda çıxış edən Baş prokuror Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əsaslı islahatlar həyata keçirilib. Bundan sonra o, ötən Assambleyadan keçən müddət ərzində qəbul edilmiş yeni qanunvericlik aktları barədə məlumat verib. O, həmçinin qeyd edib ki, informasiya texnologiyalarının inkişafı korrupsiya və əlaqəli cinayətlərdən də yan keçməyib.
Belə ki, cinayətkarlığın ənənəvi formaları ilə yanaşı, qabaqcıl texnologiyalardan istifadə etməklə törədilən və mürəkkəbliyi ilə fərqlənən cinayətlərin də artım tendensiyası müşahidə edilir və bu sahədə ölkəmizin hüquq mühafizə orqanları tərəfindən görülmüş tədbirlər barədə də məlumat verib.
Baş prokuror həmçinin qeyd edib ki, ölkəmiz bir sıra beynəlxalq və regional təşəbbüslərin aktiv iştirakçısı olmaqla yanaşı, qlobal tədbirlərin keçirildiyi mərkəzə də çevrilməkdədir.
Bakı şəhəri cari ilin may ayında BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 6-cı Plenar iclasına ev sahibliyi edib, 90-dan artıq ölkənin 300-dən yuxarı nümayəndəsinin qatıldığı tədbirdə Şəbəkənin fəaliyyətinə töhfə verən bir sıra vacib sənədlər qəbul olunub.
Növbəti ildə isə Bakı şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Korrupsiyaya qarşı Mübarizə Qurumlarının 3-cü iclasına ev sahibliyi edəcəkdir.
Bundan əlavə, Baş prokuror korrupsiyaya qarşı mübarizə fəaliyyətinin özünün rastlaşdığı çətinliklər, o cümlədən korrupsiyanın miqyasının və ona qarşı mübarizə fəaliyyətinin effektivliyinin dəyərləndirilməsi ilə bağlı praktiki boşluqları qeyd edərək ölkəmizin ekspertlərinin də yaxından iştirakı ilə BMT-nin dəstəyi ilə hazırlanmış yeni metodologiyanın aktuallığını vurğulayıb.
Sessiya öz fəaliyyətini dekabr ayının 19-dək davam etdirəcəkdir və tədbir çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Assambleyanın sessiyasında həmçinin ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edir.
14:34 / 15 Noyabr 2026
28
14:25 / 15 Noyabr 2026
53
14:19 / 15 Noyabr 2026
51
14:02 / 15 Noyabr 2026
197
13:27 / 15 Noyabr 2026
188
12:55 / 15 Noyabr 2026
1093
12:36 / 15 Noyabr 2026
300
12:28 / 15 Noyabr 2026
127
12:11 / 15 Noyabr 2026
122
11:52 / 15 Noyabr 2026
178
11:43 / 15 Noyabr 2026
116
11:29 / 15 Noyabr 2026
129
11:20 / 15 Noyabr 2026
118
11:20 / 15 Noyabr 2026
127
11:10 / 15 Noyabr 2026
119
11:07 / 15 Noyabr 2026
720
10:50 / 15 Noyabr 2026
127
10:25 / 15 Noyabr 2026
281
10:21 / 15 Noyabr 2026
123
10:18 / 15 Noyabr 2026
120
10:12 / 15 Noyabr 2026
146
09:35 / 15 Noyabr 2026
533
07:35 / 15 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.