Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1323
16.12.2025, 13:28
Ödənişsiz məzuniyyət nə dmeəkdir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Esmira Rzayeva bildirib ki, ödənişsiz məzuniyyətlə bağlı müddəalar Əmək Məcəlləsinin 128-130-cu maddələrində təsbitini tapıb.
Belə ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Ödənişsiz məzuniyyət müddətində işçinin iş yeri (vəzifəsi) saxlanılır, lakin əmək məzuniyyətindən fərqli olaraq ona orta əmək haqqı ödənilmir.
Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda ödənişsiz məzuniyyət verilə bilər:
Xroniki xəstə uşağa qulluq – 4 yaşınadək (valideynlərdən biri və ya ailə üzvü);
Arvadı doğuşda olan kişiyə – 14 günədək;
16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynə – 14 günədək;
Əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək işçiyə – 1 ayadək;
Müharibə iştirakçılarına – 14 günədək;
Qarabağ müharibəsində yaralanmışlara – 14 günədək;
İİV-lə yaşayan uşaq və ya əlilliyi olan uşaq böyüdənlərə – 14 günədək;
Doktorantlara – 1 ayadək;
Ali təhsil imtahanına gedənlərə – 14 günədək;
Orta ixtisas imtahanına gedənlərə – 7 günədək;
İxtira və səmərələşdirici təklif müəllifinə – 14 günədək;
Ailənin xəstə üzvünə qulluq edənə – 14 günədək (tibb rəyi ilə);
Əlilliyi olan uşaq böyüdənə – 14 günədək;
Sosial və ailə məsələləri üçün – 7 günədək.
Ödənişsiz məzuniyyət ərizə forması necə yazılır?
İşçinin yazdığı ödənişsiz məzuniyyət üçün ərizə forması özündə məzuniyyətin səbəb və müddətlərini əks etdirməlidir.
Ərizə yazarkən ilk olaraq məktubun hara ünvanlandığı qeyd olunur, yəni müəssisənin və rəhbərin adı yazılır. Daha sonra ərizəni yazan şəxsin adı və vəzifəsi göstərilir. Ardınca “Ərizə” başlığı yazılır.
Ərizənin mətnində Əmək Məcəlləsinin uyğun maddəsinə istinad edilərək, hansı səbəbdən məzuniyyət istəndiyi izah olunur. Daha sonra məzuniyyətin başlama tarixi və neçə gün davam edəcəyi göstərilir. Əgər səbəbə dair hər hansı sənəd varsa (məsələn, tibb müəssisəsinin rəyi), onun əlavə olunduğu da qeyd edilir. Ərizənin sonunda tarix yazılır.
Hazırladı: Miri Məcidli
14:25 / 15 Noyabr 2026
1
14:19 / 15 Noyabr 2026
39
14:02 / 15 Noyabr 2026
159
13:27 / 15 Noyabr 2026
177
12:55 / 15 Noyabr 2026
1037
12:36 / 15 Noyabr 2026
283
12:28 / 15 Noyabr 2026
121
12:11 / 15 Noyabr 2026
119
11:52 / 15 Noyabr 2026
172
11:43 / 15 Noyabr 2026
112
11:29 / 15 Noyabr 2026
127
11:20 / 15 Noyabr 2026
115
11:20 / 15 Noyabr 2026
123
11:10 / 15 Noyabr 2026
116
11:07 / 15 Noyabr 2026
705
10:50 / 15 Noyabr 2026
123
10:25 / 15 Noyabr 2026
276
10:21 / 15 Noyabr 2026
120
10:18 / 15 Noyabr 2026
118
10:12 / 15 Noyabr 2026
145
09:35 / 15 Noyabr 2026
532
07:35 / 15 Noyabr 2026
246
05:50 / 15 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.