Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1042
16.12.2025, 12:57
Təhsil məzuniyyəti kimlərə verilir?
Oxu24.com bu dəfə bu suala cavab tapmağa çalışıb.
Vəkil Esmira Rzayevanın bildirdiyinə görə,təhsil məzuniyyəti ilə bağlı müddəalar Əmək Məcəlləsinin 123-124-cü maddələrində təsbit olunub.
Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:
müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
dövlət imtahanlarını vermək üçün;
diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.
Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən təhsil məzuniyyəti aşağıdakı şəxslərə verilir:
Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə;
Orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə;
Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə;
Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə.
Məzuniyyət pulu necə hesablanır?
Vəkilin sözlərinə görə,Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən təhsil alan işçilər üçün məzuniyyət belə hesablanır:
Orta əmək haqqının müəyyənləşdirilməsi üçün:
Məzuniyyətdən əvvəlki 12 ayın ümumi əmək haqqı məbləği toplanır;
Alınan rəqəm 12-yə bölünərək orta aylıq əmək haqqı müəyyən edilir;
Daha sonra bu məbləğ 30,4 (bir ayda orta təqvim günü sayı) göstəricisinə bölünərək bir günlük əmək haqqı hesablanır;
Bir günlük məbləğ işçiyə verilmiş məzuniyyətin təqvim günlərinin sayına vurulur.
Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyanlar:
1-ci və 2-ci kurslarda – 30 təqvim günü,
Sonrakı kurslarda – 40 təqvim günü,
Dövlət imtahanları dövründə – 30 təqvim günü,
Diplom işi yazıb müdafiə etmək üçün – 4 aya qədər məzuniyyət verilir.
Orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyanlar:
1-ci və 2-ci kurslarda – 20 təqvim günü,
Sonrakı kurslarda – 30 təqvim günü,
Dövlət imtahanları dövründə – 30 təqvim günü,
Diplom işi üçün – 2 aya qədər məzuniyyət verilir.
Peşə təhsili müəssisələrində oxuyanlar:
İmtahanlara hazırlaşmaq və vermək üçün – 30 təqvim günü.
Ümumtəhsil müəssisələrinin (məktəb) qiyabi qruplarında oxuyanlar:
Buraxılış imtahanları üçün – 20 təqvim günü.
Hazırladı: Miri Məcidli
14:25 / 15 Noyabr 2026
1
14:19 / 15 Noyabr 2026
39
14:02 / 15 Noyabr 2026
159
13:27 / 15 Noyabr 2026
177
12:55 / 15 Noyabr 2026
1037
12:36 / 15 Noyabr 2026
283
12:28 / 15 Noyabr 2026
121
12:11 / 15 Noyabr 2026
119
11:52 / 15 Noyabr 2026
172
11:43 / 15 Noyabr 2026
112
11:29 / 15 Noyabr 2026
127
11:20 / 15 Noyabr 2026
115
11:20 / 15 Noyabr 2026
123
11:10 / 15 Noyabr 2026
116
11:07 / 15 Noyabr 2026
705
10:50 / 15 Noyabr 2026
123
10:25 / 15 Noyabr 2026
276
10:21 / 15 Noyabr 2026
120
10:18 / 15 Noyabr 2026
118
10:12 / 15 Noyabr 2026
145
09:35 / 15 Noyabr 2026
532
07:35 / 15 Noyabr 2026
246
05:50 / 15 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.