Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
3788
19.03.2022, 00:08
Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti dayanıb.
Oxu24.com-un xəbərinə görə, hazırda bu yolda qarın qalınlığı 5-10 santimetr təşkil edir, çovğun və buzlaşma nəticəsində 200-dən çox minik avtomobili, sərnişin avtobusları, yük maşınları yolda qalıb.
Hazırda yolda vəziyyət çətin olduğundan avtomobillər Şamaxının Muğanlı dairəsindən və İsmayıllı şəhərindən geri qayıdaraq alternativ yoldan istifadə edirlər.
Hazırda ərazidə qar yağır, yolun təmizlənməsi işi ləngiyir. Ağır texnikaların köməyi və əl əməyi ilə kənarda qalmış avtomobillərin yola salınması üçün işlər görülür. Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir.
Bundan başqa, İsmayıllı, Ağsu və Şamaxı ərazisinə yağan qar səbəbindən Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi-Pirqulu yolunda da avtomobillərin hərəkəti çətinləşib. Hazırda çox az sayda minik avtomobili bu yollarda hərəkət edə bilir.
Sürücülərə alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etməyi məsləhət görür.
09:27 / 02 Noyabr 2026
89
09:23 / 02 Noyabr 2026
41
09:21 / 02 Noyabr 2026
47
09:20 / 02 Noyabr 2026
46
02:55 / 02 Noyabr 2026
276
01:12 / 02 Noyabr 2026
160
00:41 / 02 Noyabr 2026
265
00:26 / 02 Noyabr 2026
261
00:06 / 02 Noyabr 2026
548
23:52 / 01 Noyabr 2026
895
23:45 / 01 Noyabr 2026
1845
23:40 / 01 Noyabr 2026
173
23:27 / 01 Noyabr 2026
251
23:25 / 01 Noyabr 2026
683
23:14 / 01 Noyabr 2026
268
23:00 / 01 Noyabr 2026
654
22:56 / 01 Noyabr 2026
174
22:04 / 01 Noyabr 2026
162
21:49 / 01 Noyabr 2026
205
21:49 / 01 Noyabr 2026
208
21:26 / 01 Noyabr 2026
414
21:14 / 01 Noyabr 2026
412
20:55 / 01 Noyabr 2026
364
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.