Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
04 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1587
13.02.2022, 21:30
Şəmkir rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Oxu24.com-un məlumatına görə, bu gün səhər saatlarında rayonun Çinarlı qəsəbəsində 34 yaşlı Həsənov Elməddin Elimdar oğlu həyat yoldaşı, 27 yaşlı Həsənova Lalə Elman qızını və övladı, 8 yaşlı Qumru Elməddin qızı Həsənovanı bir neçə bıçaq zərbələri ilə qətlə yetirib.
Hadisə zamanı evdə onlarla birgə yaşayan və digər otaqda olan Elməddinin nənəsi, 1937-ci il təvəllüdlü Həsənova Qumru Həmid qızı da olub.
O, ailənin olduğu otağa keçmək istəyən zaman nəvəsinin əlində bıçaq görüb. Yaşlı qadın əsəbi nəvəsinin bıçaqla ona da xəsarət yetirməyə cəhd edəcəyindən qorxaraq evdən bayıra qaçıb, qonşuları köməyə çağırıb. Hadisəni törətməkdə şübhəli bilinən E.Həsənov daha sonra evdən qaçıb.
Əraziyə polis əməkdaşları cəlb olunub və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən E. Həsənov saxlanılıb.
Qətlə yetirilən qadın 2 aylıq hamilə olub. Belə ki, cütlüyün ilk övladlarından sonra 8 il övladları olmayıb. Müalicələrdən sonra onların yeni övladları olub və qadın artıq hamiləliyinin 2-ci ayında imiş.
Onların öncələr heç bir ciddi problemlərinin olmadığı, sakit ailə olduğu bildirilir. Lakin E.Həsənov bir müddətdir ki, Gəncə şəhərində yerləşən poliklinikaların birində çalışan həkimin yanına gedib, əsəb xəstəliyindən müalicə alırmış.
Özü kənd ərazisində işçi kimi müxtəlif yerlərdə çalışıb, yoldaşı isə evdar qadın olub. Qızın valideyinləri kənd təsərrüfatı ilə məşğul olur, oğlanın atası isə qəsəbədə taksi sürücüsüdür. Öncələr ümumi ailələr arasında da hər hansısa bir münaqişə yaşanmadığı bildirilir.
Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
23:48 / 04 Noyabr 2026
12
23:44 / 04 Noyabr 2026
21
23:40 / 04 Noyabr 2026
30
23:35 / 04 Noyabr 2026
38
23:33 / 04 Noyabr 2026
40
23:30 / 04 Noyabr 2026
58
23:26 / 04 Noyabr 2026
37
23:22 / 04 Noyabr 2026
60
23:17 / 04 Noyabr 2026
74
23:14 / 04 Noyabr 2026
52
23:12 / 04 Noyabr 2026
60
23:04 / 04 Noyabr 2026
83
22:59 / 04 Noyabr 2026
137
22:51 / 04 Noyabr 2026
83
22:38 / 04 Noyabr 2026
88
22:34 / 04 Noyabr 2026
105
22:26 / 04 Noyabr 2026
94
22:22 / 04 Noyabr 2026
103
22:16 / 04 Noyabr 2026
2162
22:14 / 04 Noyabr 2026
130
22:03 / 04 Noyabr 2026
100
21:58 / 04 Noyabr 2026
128
21:46 / 04 Noyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.