Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! İndilərdə dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

SON DƏQİQƏ! İndilərdə dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

REDAKTORUN SEÇİMİ

1183

13.02.2022, 19:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oğuzda ağır yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər ağır xəsarət alıb.

Oxu24.com-un  məlumatına görə, günorta saatlarında baş verən qəza zamanı ağır xəsarət alan yaralılardan biri, 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, hadisə günorta saat 15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 129-cu kilometrliyində, yolun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki şəhər sakini Elmar Eldəniz oğlu Məmmədov idarə etdiyi “Reno Meqan" markalı, 99 NL 192 dövlət nömrə nişanlı minik avtomobil ilə Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsini Daşağıl körpüsü yaxınlığında aşırıb. Qəza zamanı sürücü və avtomobildə sərnişin qismində olan baldızı, 2003-cü il təvəllüdlü Xadicə Ağəli qızı İsmayılova aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər - sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Günel Ağəli qızı Məmmədova, övladları 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov və qardaşı 1999-cu il təvəllüdlü Elmin Eldəniz oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan azyaşlı Eldar Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.