Qaynar xətt:

(+99450) 247 90 86

Üzücü xəbər: Pərvizin beyninə qan sızdı,ağır vəziyyətdə xəstəxanaya aparıldı

2021/11/13/1636788639_xestexana-ff.jpg

REDAKTORUN SEÇİMİ

2768

13.11.2021, 11:25

Bəstəkar-müğənni Pərviz Mahmudovun səhhətində problem yaranıb.

Bu barədə OLAY-a onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, sənətçinin bir neçə gün əvvəl beyninə qan sızıb və xəstəxanaya aparılıb. Pərviz hazırda "Leyla Medical"ın reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, 38 yaşlı bəstəkar Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova, Sevda Yahyayeva kimi sənətçilərə mahnılar bəstələyib. Evlidir, 2 övladı var.