Qaynar xətt:

(+99450) 247 90 86

19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO

19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO

REDAKTORUN SEÇİMİ

3225

14.10.2021, 10:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Hadisə səhər saat 6:50 radələrində Suraxanı dairəsi yaxınlığında baş verib. İlkin ehtimal sürücünün sükan arxasında yuxulamasıdır".

Oxu24.com  BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan DYP-nin baş inspektoru bildirib.

O əlavə edib ki, hadisə baş verdikdən sonra əraziyə dərhal polis əməkdaşları gəliblər: "Sürücünün DYP əməkdaşlarına hadisə yerində bildirdiyi səbəb yuxulu olması olub".

Qeyd edək ki, Suraxanı Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Qərara əsasən, M.Əzizovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.