Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəzada ölən şəxs görün kim imiş - FOTO

Dəhşətli qəzada ölən şəxs görün kim imiş - FOTO

REDAKTORUN SEÇİMİ

2942

12.09.2021, 23:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Sabirabadda baş verən ağır yol qəzasında həlak olan şəxsin Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi Elşən Ağayev olduğu müəyyənləşib.

“Report”un məlumatına görə, hadisə Yastıqoba kəndində qeydə alınıb.

“Tofaş” markalı avtomobillə “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində daha bir neçə nəfər - 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif xəsarətlər alıblar.

Qeyd edək ki, Elşən Ağayev Vətən müharibəsi iştirakçısı idi.

Faktla bağlı araşdırma aparılır.