Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
738
10.09.2021, 17:08
Rusiyadan ikinci dəfə S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı razılaşmanın son mərhələdə olması xəbəri məsələni yenidən gündəmə gətirib.
Publika.az xəbər verir ki, Ankara Rus Araşdırmaları İnstitutunun rəhbəri, Ankara Yıldırım Beyazıt Universitetinin professoru Salih Yılmaz Türkiyə kimi böyük bir ölkənin sərhədlərini qoruması üçün ikinci mərhələnin belə kifayət etməyəcəyini söyləyib.
Türkiyənin ikinci mərhələ S-400 alqı-satqısını və ABŞ-ın buna qarşı çıxma səbəblərini dəyərləndirən S.Yılmaz bildirib ki, Vaşinqtonun davamlı təzyiq və sanksiya təhdidlərinə baxmayaraq, növbəti S-400 sistemlərinin satın alınması Türkiyənin özünün müdafiə siyasətində müstəqilliyini nümayiş etdirmək baxımından önəmlidir:
"Türkiyənin hava hücumundan müdafiə sistemlərini əldə etməsinin məqsədi bölgədəki hər hansısa bir aktora qarşı savaşa hazırlaşmaq deyil. Ölkənin şərq və cənub-şərq bölgələrinin hava təhdidlərindən qorunması lazımdır. Türkiyənin artan regional və qlobal önəminə görə ölkənin özünün raket və hava hücumundan müdafiə sistemini istehsal etməsi lazımdır ki, bu da ölkənin NATO-nun raketdən müdafiə sistemindən asılılığını və ondan irəli gələn potensial təhlükəni ortadan qaldıracaq".
Türkiyənin S-400 sistemlərini davamlı olaraq istifadə etməyəcəyini, ancaq təhlükəsizliyinə açıq təhdidlər ortaya çıxdıqda onu aktivləşdirəcəyini xatırladan Salih Yılmaz ABŞ-ın qarşı çıxmasının arxasında fərqli səbəblərin ola biləcəyinə işarə edərək belə qeyd edib:
"Əgər həqiqətən gizlətdikləri bir şey varsa, Türkiyə S-400-lərdən bəzi detalları öyrənərək F-35 layihəsini tamamilə sıradan çıxara bilər. Başqa bir səbəb Türkiyənin S-400-ləri alanda İraq və Suriyada "Uçuş qadağan bölgəsi" elan etməklə hökmranlığını açıq şəkildə göstərə bilməsidir. Məlum olduğu kimi, Rusiya və ABŞ Suriyanın hava sahəsini öz aralarında bölüşməklə bir-birlərinə uçuşa qadağa zonası elan etdilər. Türkiyə ilə Rusiya arasında S-400 qabaqcıl texnologiya sahəsində əməkdaşlıq nəticədə digər silah texnologiyaları sahəsində əməkdaşlığa yol açacaq ki, bu da ABŞ silah bazarı üçün təhlükədir".
O əlavə edib ki, S-400-ün ikinci mərhələsinin alınması Rusiya-Türkiyə birgə hərbi sənaye istehsalının başlanğıcı ola bilər.
23:55 / 10 Noyabr 2026
25
23:53 / 10 Noyabr 2026
30
23:47 / 10 Noyabr 2026
1112
23:43 / 10 Noyabr 2026
60
23:39 / 10 Noyabr 2026
69
23:28 / 10 Noyabr 2026
263
23:27 / 10 Noyabr 2026
170
23:17 / 10 Noyabr 2026
520
23:15 / 10 Noyabr 2026
161
23:00 / 10 Noyabr 2026
87
22:58 / 10 Noyabr 2026
104
22:55 / 10 Noyabr 2026
104
22:35 / 10 Noyabr 2026
101
22:30 / 10 Noyabr 2026
272
22:27 / 10 Noyabr 2026
85
22:19 / 10 Noyabr 2026
103
22:04 / 10 Noyabr 2026
178
21:55 / 10 Noyabr 2026
572
21:51 / 10 Noyabr 2026
96
21:49 / 10 Noyabr 2026
225
21:46 / 10 Noyabr 2026
231
21:44 / 10 Noyabr 2026
106
21:40 / 10 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.