Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2356
07.09.2021, 10:29
Azərbaycan Milli Məclisin sabiq deputatı, Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas, fəlsəfə doktoru Xeyrulla Əliyev vəfat edib.
Bu barədə Modern.az saytına mərhumun dostları məlumat veriblər.
Xeyrulla Salman oğlu Əliyev 1991-ci il noyabrın 26-da Azərbyacan Ali Sovetinin nəzdində yaradılan Milli Şuranın 50 üzvündən biri olub.
Qeyd edək ki, Milli Şuranın 50 üzvü XII çağırış Azərbaycan Ali Sovetinin 340 xalq deputatı arasından seçilmişdi. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.
O zaman Xeyrulla Əliyev Cəlilabad rayonundan deputat seçilmişdi. O, parlamentdə mədəniyyət və dini əqidə məsələləri daimi komissiya sədrinin müavini idi.
Xatırladaq ki, Milli Şura bir müddət sonra - 1992-ci ilin may ayının 18-də Azərbyacan Respublikasının Milli Məclisi adlandırılmış və ölkənin bütün ictimai-siyasi gündəminin aparıcı orqanına çevrilmişdi.
Kommunistlərdən və demokratlardan təşkil olunmuş 50 nəfərlik Milli Şura 1991-ci ildən 1993-cü ilin iyun qiyamına qədər Azərbyacan siyasi gündəmini müəyyən edən əsas orqan kimi yadda qalıb.
Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən X.Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.
O, 2003-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi idi. Hekayələri, tərcümələri, oçerkləri, ədəbi-tənqidi və publisist məqalələri, teatr və kino rəyləri, eləcə də tərcümələri dövri mətbuatda müntəzəm "Ə.Xeyri”, "Əli Xeyrəddinov”, "Xeyir Əliyev” və s. imza və təxəllüslərlə çap edilirdi.
X.Əliyev 20-dən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirmişdi. O, Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş”, "Gün var əsrə bərabər”, Nodar Dumbadzenin "Ağ bayraqlar” və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi.
Allah rəhmət eləsin...

23:59 / 10 Noyabr 2026
24
23:57 / 10 Noyabr 2026
37
23:55 / 10 Noyabr 2026
105
23:53 / 10 Noyabr 2026
52
23:47 / 10 Noyabr 2026
1126
23:43 / 10 Noyabr 2026
77
23:39 / 10 Noyabr 2026
102
23:28 / 10 Noyabr 2026
283
23:27 / 10 Noyabr 2026
195
23:17 / 10 Noyabr 2026
603
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
94
22:58 / 10 Noyabr 2026
110
22:55 / 10 Noyabr 2026
108
22:35 / 10 Noyabr 2026
105
22:30 / 10 Noyabr 2026
287
22:27 / 10 Noyabr 2026
91
22:19 / 10 Noyabr 2026
109
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
585
21:51 / 10 Noyabr 2026
101
21:49 / 10 Noyabr 2026
233
21:46 / 10 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.