Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Bakıda partlayış olub - Yaralılar var

SON DƏQİQƏ: Bakıda partlayış olub - Yaralılar var

REDAKTORUN SEÇİMİ

2554

02.09.2021, 16:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda partlayış hadisəsi baş verib.

Oxu24.com -un  xəbərinə görə, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və övladı xəsarət alıb.

İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Prokurorluğundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu ərazisində çoxmərtəbəli binada baş verən partlayış nəticəsində iki nəfər şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hazırda araşdırma aparılır. //Report