Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
4926
07.05.2021, 19:55
Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində 17 may 2021-ci il tarixindən əyani tədris forması qismən bərpa ediləcək.
Nazirlikdən bildirilib ki, həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.
Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.
Kollegiyanın qərarına əsasən, Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək. Xüsusi məktəblərin ibtidai və ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla əyani keçiriləcək.
Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.
Oxu24.com
11:36 / 12 Noyabr 2026
26
11:35 / 12 Noyabr 2026
37
11:34 / 12 Noyabr 2026
33
11:31 / 12 Noyabr 2026
47
11:24 / 12 Noyabr 2026
159
11:21 / 12 Noyabr 2026
45
11:19 / 12 Noyabr 2026
57
11:05 / 12 Noyabr 2026
58
11:00 / 12 Noyabr 2026
77
10:45 / 12 Noyabr 2026
96
10:39 / 12 Noyabr 2026
98
10:36 / 12 Noyabr 2026
87
10:27 / 12 Noyabr 2026
246
10:20 / 12 Noyabr 2026
93
10:18 / 12 Noyabr 2026
86
10:05 / 12 Noyabr 2026
209
09:51 / 12 Noyabr 2026
97
09:48 / 12 Noyabr 2026
97
09:42 / 12 Noyabr 2026
264
09:36 / 12 Noyabr 2026
107
09:22 / 12 Noyabr 2026
757
08:13 / 12 Noyabr 2026
237
08:05 / 12 Noyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.