Qaynar xətt:

(+99450) 247 90 86

DİQQƏT! Əhaliyə vacib xəbər - Sabahdan etibarən...

DİQQƏT! Əhaliyə vacib xəbər - Sabahdan etibarən...

REDAKTORUN SEÇİMİ

2703

30.03.2021, 10:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.

 

Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi altında təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələrinin bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün "triaj" sistemi təşkil olunub.

 

Bildirilib ki, yuxarıda qeyd olunan ərazilərdəki tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması, kompüter avadanlıqları ilə təchizatı və internetə çıxışın təmin olunması üzrə işlər aparılır.

 

"İcbari tibbi sığortanın məlumat bazası, habelə müvafiq proqram təminatı yaradılır. Qəbul və qeydiyyat şöbələrinin işçilərinə tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlər keçirilir

 

Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatının aparılmasına, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır.

 

Habelə, vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.

 

Əlavə olaraq bildirək ki, aprelin 1-dən etibarən təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir.

 

Burada vətəndaşlar ərizə dolduraraq ailə həkimini seçməlidirlər. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur.

 

Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlana bilir", - məlumatda bildirilib.

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

23:19 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

107

0
Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

107

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

103

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

108

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

208

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

102

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

117

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

143

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

113

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

181

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

115

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

128

0