Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Xankəndidən böyük köç başlayır...

SON DƏQİQƏ! Xankəndidən böyük köç başlayır...

REDAKTORUN SEÇİMİ

9617

27.03.2021, 10:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağ müharibəsindən sonra Xankəndiyə və ətraf rayonlara qayıtmış sadə ermənilər bir tikə çörək hayında ikən, yerli siyasətbazlar dinc dayanmır. Məlumdur ki, iki gün əvvəl Xankəndidə hələ də ağıllanmayan “parlamentin” 27 “deputatı” rus dilini iknci “dövlət dili” olması barədə “qərar” verib. “Yeni qanuna görə” zərurət olduğu halda sənədlər və yazışmalar rus dilində də aparıla bilər.

Məlum olub ki, bu qondarma qərarı vermək o qədər də asan olmayıb. Belə ki, “Daşnaksütyun” partiyası “qərarın” erməni dilinin sıxışdırılması kimi izah edib və bu səbəbdən rus dilinə “işçi dil statusu” verilməsini təklif edib. Lakin digər “deputatlar” rus dilinə daha yüksək status verilməsinə razılaşıblar. Maraqlıdır ki, qondama qərar layihənin həmmüəllifi olan “Ardarutyun” (“Ədalət”) Partiyasından olan deputat Metaxe Hakobyan küsüb, “sənəddən” imzasını geri götürüb və səsvermədə isə iştirak etməyib.

 

Hakobyan bildirib ki, onun təklif etdiyi dəyişikliklər nəzərə alınmayıb və bu səbəbdən imzasını geri götürüb. “Artsax Demokratik Partiyası” ndan olan “deputat” da “rus dili qərarını” boykot edib.

“Qanun” Araik Arutyunyan adlı quldur separatçı tərəfindən hələ imzalanmayıb.

Ermənistanda da qərara birmənalı qiymət yoxdur, amma belə görünür ki, bu, Rusiyaya münasibətdə yeni bir siyasi oyundur, ermənilər Moskva ilə yıxılmış münasibətlərini yenidən bərpa etmək istəyirlər.

““Çiçəklənən Ermənistan” partiyası yaxın vaxtlarda Rusiya ilə yeni hərbi-siyasi ittifaq yaradılması barədə qanun layihəsini parlamentə təqdim edəcək”. Bunu partiyanın deputatı Naira Zöhrabyan brifinqdə bəyan edib. Erməni deputat rus dilinə “rəsmi dil statusu” verilməsini məntiqi adlandırıb və eyni zamanda, Rusiya Federasiyası ilə münasibətlərə yenidən baxmağı təklif edib.

Deputat deyib ki, müharibədən sonra “Ermənistan və Dağlıq Qarabağ sərhədlərinin təhlükəsizliyinin qarantı Rusiyadır və bu səbəbdən ölkələrarası münasibətlərə yenidən baxmaq lazımdır: “İnanırıq ki, Rusiya ilə yeni hərbi-siyasi ittifaq qurmağın vaxtı gəlib və bu yaxınlarda detallı bir layihə təqdim edəcəyik”.

Xankəndi və ərtaf bölgələrdə məskunlaşmış erməniləri isə Rusiya və rus dili məsələsi yox, gələcəkləri düşündürür. Martın 25-də Xankəndində etiraz aksiyası keçirilib. Etirazçılar separatçı rəhbərlər və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər.

Oxu24.com  Moderator.az-a istinadən xəbər verir ki, müxalif “Mənim haqqım” hərəkatının fəalları Azərbaycan dövlətinin nəzarətinə keçən ərazilərdən köçmüş ermənilərin yerləşdirilməsi məsələsinin həll olunmasını tələb edərək Xankəndidə yolları bağlayıblar. Bunun üçün etirazçılar separatçı oliqarxların “korrupsiya gəlirləri” ilə qurulmuş malikanələrindən istifadə olunmasını təklif ediblər. Aksiyaçılar qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsinə dair bir “qanun” qəbul edilməsi tələbini də qoyublar. Onlar separatçı rejimin qanunsuz “ədliyyə nazirliyi”nin tələb olunan “qanun” layihəsini hazırlamaq üçün son tarix elan edənə qədər yolları açmaqdan imtina ediblər. Axşam saatlarında hərəkat fəalları “rəsmi”lərlə görüşdən sonra mərkəzi prospektin açılmasıyla razılaşıblar. Etirazçılar “hakimiyyət”ə tələbləri yerinə yetirmək üçün iki həftə vaxt verdiklərini, lakin məmurların hərəkətlərinin onlara uyğun görünmədiyi təqdirdə etiraz aksiyalarının növbəti günlərdə də davam edəcəyini istisna etmədiklərini söyləyiblər.

Baş verənlərdən sonra separatçı dəstə başçısı Araik Arutyunyanın niyə qəfil Ermənistana getməsinin səbəbi də üzə çıxıb. Çünki Araik Arutyunyan keçirdiyi görüşlərdə ermənilərin sosial vəziyyətinin ağır olduğunu ön plana çıxarıb. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi iclasda isə qərara alınıb ki, Qarabağdakı ermənilərə ev tikmək üçün 200 milyon dollar(110 milyard dram) maddi yardım ayrılsın. Bu maddi vəsaitin yarısını isə “Hayastan” ümumerməni fondu verəcək.

Bu vəsaitindən hələ də siyasi oyunların alətinə çevrilən sadə ermənilərə kömək edəcəyi isə sual altındadır. Görünən budur ki, ağır iqtisadi şərtlər Qarabağdakı ermənilərin vəziyyətini hər ötən gün daha çıxılmaz edir. Bu səbəbdən Qarabağdan qaçış gözləniləndir və zəlil Ermənistan hakimiyyətinin tələsik 100 milyon dollar vəsait ayırması bu cür təhlükəni önləmək məqsədi daşıyır. Amma ermənilər təkcə Qarabağdan yox, Ermənistandan da qaçırlar…

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

23:19 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

139

0
Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

137

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

137

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

141

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

266

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

133

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

157

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

185

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

141

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

217

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

140

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

150

0