Qaynar xətt:

(+99450) 247 90 86

“Atan harda işləyir?” - “Küçədə özünü maşına vurdurur” - VİDEO

“Atan harda işləyir?” - “Küçədə özünü maşına vurdurur” - VİDEO

REDAKTORUN SEÇİMİ

2322

24.03.2021, 10:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Adamın özünü maşına vurdurmasını, daha dəqiqi, təmas olmasa belə, bu cür görüntü yaratmasını göstərən videonun internet resurslarında yayılması bir çox insanlarda heyrət və acı təəssüf doğurub.

Amma bu, yeni fırıldaq deyil. 15-20 il öncədən bu kimi dələduzlar, frıldaqçılar isürücüləri şərləyir, şantaj edir, böyük məbləğdə pullarını alıb aradan çıxırlar. Bəs necə, maşınla adam vurulub axı. Sürücülərin 10-da doqquzu bu tələyə düşür. Düşməyənlər yalnız hüquq-mühafizə orqanlarının mülki paltarda olan işçiləri ola bilər.

Fırıldağın mexanizmi çox sadədir: bir canıbərk, film kaskadyorları kimi müəyyən ustalıqlar əxz eləmiş adam yola çıxır, yolda adam-maneə görüb yavaşlayan sürücünün idarə etdiyi avtomobilə toxunur, böyrünü, başını, qıçını tutaraq bağırır, özünü yerə sürtür, köməkçisi (belələri heç vaxt tək işləmirlər) yetişir, bir partiya da o, haray-həşir salır, camaat toplaşır, dərhal hamısı “adam vurub qaçmağa çalışan” sürücünü qınayır, şokda olan sürücü “zərərçəkən”i xəstəxanaya aparmaq istəyir, nəticədə “zərərçəkən” və onun adamı maşına oturub 3-4 yüz metr aralanırlar və sövdələşmə başlayır: polisə və həkimə getmirik, burada anlaşaq.

 

Qorxmuş sürücü üstündə nəyi var, verir, azdırsa, yaxınlarından təcili maddi dəstək istəyir və bir nəfər ləngimədən pulu çatdırır, tərəflər razılaşıb aralaşırlar. Sürücü “yaxşı qurtardım” deyə Allaha şükür edir, maşından düşüb yalandan taytıya- taytıya gedən “zərərçəkən” fırıldaqçı və onun köməkçisi isə öz aralarında “yaxşı loxladıq” deyə gülə-gülə qapazladıqları pulu bölməyə gedirlər. Pulun çox hissəsi, əlbəttə ki, həyatını riskə atmış “zərərçəkən”ə çatır. Çünki onun avtomobillə təması bir az sərt alınsa, gerçəkdən də xəsarət ala bilərdi.

Bu, pul qazanmağın axırıncı yollarından biridir və videodan görünür ki, onlar yenidən çıxıblar hürr küçələrə.

Belə adamlarla üzləşənlərdən biri deyirdi ki, yaramaz adam özünü o qədər o maşına, bu maşına çırpmışdı ki, qolu-qıçı, çiyinləri tamamən qara-qançır idi, tibbi ekspertizaya gedəsi olsa, mütləq ona “bədənin yumşaq toxumalarının ağır şəkildə əzilməsi” (və yaxud bu kimi bir şey) diaqnozu qoyacaqdılar.

Əslində sürücülərin, demək olar ki, hamısı bu fırıldaqdan xəbərdardırlar, amma özlərini heç cür qoruya bilmirlər, ona görə ki, bu dələduzlar onların qarşısına gözləmədikləri yerlərdə qəfildən çıxırlar. Üstəlik, sürücülər nə qədər tormozlayıb maşını saxlasalar da, xeyri olmur, maşın adama dəysə də, dəyməsə də, o, öz rolunu oynayaraq asfalta yıxılır.

Bəs bu fırıldaqdan xəbərdar olan sürücülər nəyə görə polisə müraciət etmirlər? Faktın onlara qarşı olmasından, haqsız çıxacaqlarından, əlavə xərcə düşəcəklərindən, həm zərərçəkənə, həm həkimlərə, həm də bu işi düz-qoş və ört-basdır edənlərə böyük məbləğlərdə pul verməli olacaqlarından qorxurlar. Ona görə də birbaşa zərərçəkənlərlə anlaşmaq onlara daha məqbul görünür.

Bir-iki il öncə əməkdaşlarımızdan biri Koroğlu Rəhimov küçəsində bənzər fırıldaqla üzləşmişdi, amma qətiyyən panikaya qapılmamışdı. Onun avtomobilinin videoregistratoru yolun sağında duran iki adamdan birinin billərəkdən özünü onun maşınına toxundurduğunu aydın şəkildə qeydə almışdı. Əməkdaşımız maşından düşərək “ağrıdan bağıran zərərçəkən”ə yaxınlaşmış, onların fırıldaqçı olduğunu, bu saat hadisə yerinə polis çağıracağını demişdi və adamlar qaçmışdılar. Ancaq əməkdaşımız özü polisə müraciət etmiş, videoregistratorun lentinə əsasən həmin adamları tapmışdılar.

Görünür, hamı belə etməlidir ki, bu yolla pul qazanmaq istəyənlər özlərinə yığışsınlar, gedib bir işin qulpundan yapışsınlar.

Kimsə deyə bilər ki, “nə etsinlər, ehtiyac üzündən belə edirlər, keflərindən etmirlər”. Xeyr. Bu, asan yolla çox pul qazanmaq cəhdidir, fırıldaqdır. Bəs durduğu yerdə o boyda xərcə düşən adamlar yazıq deyilmi? Nə zülm-zillətlə 5 manat pul qazanırlar və onu bir dəqiqənin içində küçənin fırıldaqçılarına qapdırırlar.

Hər ehtiyacı olan küçəyə çıxıb özünü avtomobilin altına atsa və ya oğurluq, quldurluq etsə, ölkə yaşanmaz hala gələr.

Həm də bu necə işdir, belələri əynini geyib evdən çıxanda necə “işə gedirəm” deyirlər? Övladları onların nə işlə məşğul olduqlarını bilsələr, mütləq başlıqdakı qısa dialoq alınar.

Samir SARI

 

 

 

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

23:19 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

144

0
Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

143

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

143

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

147

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

286

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

139

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

164

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

194

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

144

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

220

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

143

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

152

0