Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2399
24.03.2021, 09:26
Hollivud aktyoru, iki dəfə "Qızıl qlobus" mükafatı laureatı olmuş Corc Siqal dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Soni Siqala istinadən “Deadline” internet portalı bildirib.
Məlumata görə, o, 87 yaşında vəfat edib.
"Ailə dərin hüznlə bildirir ki, bu səhər Corc Siqal koronar şuntlama əməliyyatından sonra səhhətindəki ağırlaşmalardan ölüb", - “Deadline” Soni Siqaldan sitat gətirib.
Corc Siqal “Oskar” və BAFTA mükafatlarına namizəd olub.
Aktyor 1965-ci ildə “Axmaqların gəmisi” filmində çəkilib. O, 1966-cı ildə “Virciniya Vulfdan kim qorxur?” filmindəki roluna görə “Oskar” mükafatına namizəd olub. Corc Siqal eyni zamanda “Kvillerin memorandumu”, “Remagen körpüsü”, “Oğurlanmış daş”, “Sevmək”, “Dik və Ceynin məzəli sərgüzəştləri” filmlərində uğurlu rolları ilə populyarlaşıb.
Ötən əsrin 80-ci illərində az rola çəkilən aktyor 1989-cu ildə yenidən böyük ekrana qayıdıb.
O, 1989-cu ildə “Gör kim danışır”, 1990-cı illərdə “Dəb jurnalı” teleserialdakı rolu ilə yenidən məşhurlaşıb. Aktyor habelə digər filmlərdə də ona tapşırılan rolları uğurla oynayıb.

01:52 / 13 Noyabr 2026
281
01:49 / 13 Noyabr 2026
730
00:49 / 13 Noyabr 2026
148
00:18 / 13 Noyabr 2026
140
00:17 / 13 Noyabr 2026
214
23:53 / 12 Noyabr 2026
1446
23:51 / 12 Noyabr 2026
146
23:40 / 12 Noyabr 2026
256
23:34 / 12 Noyabr 2026
137
23:24 / 12 Noyabr 2026
1027
23:20 / 12 Noyabr 2026
138
23:19 / 12 Noyabr 2026
144
23:18 / 12 Noyabr 2026
143
23:12 / 12 Noyabr 2026
143
23:03 / 12 Noyabr 2026
147
23:02 / 12 Noyabr 2026
286
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
164
22:49 / 12 Noyabr 2026
194
22:40 / 12 Noyabr 2026
144
22:24 / 12 Noyabr 2026
220
22:21 / 12 Noyabr 2026
143
22:13 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.