Qaynar xətt:

(+99450) 247 90 86

ÜST-dən koronavirusla bağlı şad xəbər

ÜST-dən koronavirusla bağlı şad xəbər

REDAKTORUN SEÇİMİ

2190

17.02.2021, 09:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adhanom Qebreisus koronavirusla bağlı sevindirici açıqlamalar verib.
Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə ÜST rəhbəri “Twitter” hesabında yazıb. Dünyadakı xəstəlik sayının 5 həftədir ardıcıl azaldığını qeyd edən Qebreisus deyib ki, bu il indiyə qədər həftəlik olaraq bildirilən xəstə sayı 4 yanvar həftəsində 5 milyondan çox yoluxmadan fevral həftəsində 2,6 milyon yoluxmaya düşüb:
“Beş həftədə yoluxma haradasa yarıya enib. İndi vacib olan bu tendensiyaya necə reaksiya göstərəcəyimizdir. Yanğın sönməyib, amma ölçüsü azalıb. Hər hansı bir cəbhədə onunla mübarizəni dayandırsaq, geri qayıdacaq”