Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48558
az

SON DƏQIQƏ! Azərbaycan idmanına ağır itki baş verdi

09:1612 Fevral, 2021
3386
REDAKTORUN SEÇİMİ
  • A
Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib. Azərbaycan Tibb Universitetindən Qaynarinfo-ya verilən məlumata görə, o, 85 yaşında vəfat edib. O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub. Kamal Kəbirlinskinin həndbol, üzgüçülük, basketbol, stolüstü tennis, badminton, gimnastika, voleybol və digər idman növləri ilə bağlı çox sayda elmi məqaləsi dərc edilib. Kamal Əkbər oğlu Kəbirlinski 1959-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutu bitirib. 1959-cu ildən Azərbaycan Tibb Universitetinin bədən tərbiyəsi kafedrasınınbaş laborant vəzifəsində çalışırdı. 1969-cu ildən ATU-nun Bədən tərbiyəsi və idman kafedrasının müdiri vəzifəsini tutub. Əməkdar idman ustası, bədən tərbiyəsi xadimi, SSRİ məkanında ilk dəfə həndbol üzrə elmlər namizədi dərəcəsi almış, uzun illər həndbol federasiya prezidenti vəzifəsində çalışan Kamal Kəbirlinski əslən Ağcabədi rayonundandır. Prezident təqaüdçüsü Kamal Kəbirlinski "Tərəqqi" medalına layiq görülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir yeni qərar imzaladı
Əhaliyə xəbərdarlıq edildi - SEL GÖZLƏNİLİR
Günel Cavadxanın ölüm səbəbi bəlli oldu

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ