Qaynar xətt:

(+99450) 247 90 86

ƏHALİYƏ ŞAD XƏBƏR! Hökumət un və buğda ilə bağlı qərar qəbul etdi

ƏHALİYƏ ŞAD XƏBƏR! Hökumət un və buğda ilə bağlı qərar qəbul etdi

REDAKTORUN SEÇİMİ

3422

09.02.2021, 19:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasının müddətini daha 3 il artırılmasının səbəbi məlum olub.

Oxu24.com -un  məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında Vergi Məcəlləsinə dəyişikliklə bağlı açıqlanan arayışda əksini tapıb.

Arayışda qeyd edilib ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə buğda idxal və satışına, buğda ununun və çərəyin istehsalı və satışına tətbiq oluna ƏDV-dən azadolmanın daha 3 il müddətinə artırılması vacib sayılıb.

Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub.

Layihəyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə - 2024-cü il yanvarın 1-dək ƏDV-dən azad olacaq.