Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48203
az

Məktəblilər arasında yoluxma, dərslər dayandırılacaqmı? - RƏSMİ CAVAB

10:1405 Fevral, 2021
1682
REDAKTORUN SEÇİMİ
  • A
Azərbaycanda son iki gün ərzində təhsil müəssisələrində 6 şagird və 8 işçi heyəti koronavirusa yoluxub. BAKU.WS xəbər verir ki, bu rəqəm Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində COVID-19-la bağlı yaydığı məlumatda öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, ölkədə ənənəvi təhsilin bərpası ilə əlaqədar yeni qərarlar qəbul edilib. Belə ki, Bakı, Abşeron və Sumqayıtda ibtidai siniflər həftədə 3 dəfə, 5-9-cu siniflər isə həftədə 2 dəfə məktəbə gedəcəkər. Digər şəhər və rayonlarda isə 1-9-cu siniflər həftədə 3 və 5 dəfə təhsil ocağına gedə biləcəklər. Ölkədə təhsil müəssisələrində yoluxmaların sayı artarsa, rəqəmlərin hansı həddə çatması ənənəvi təhsilin dayandırılacağına səbəb olacaq? Bu suala cavab tapmaq üçün Təhsil Nazirliyinə rəsmi müraciət etdik. Nazirlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, 6 şagird və 8 işçi heyətindən heç biri məktəbdə yoluxmayıb: "600 000-dən çox şagirdə nisbətdə bu, çox kiçik rəqəmlərdir. Digər tərəfdən həmin şəxslər məktəbdə yoluxmayıb. Yoluxan şagird və müəllimlər müəyyən olunmuş müddətə təcrid edilirlər. Təhsil müəssisəsinin bağlanmasına qərar yerli gigiyena- epidemiologiya mərkəzləri (GEM) ilə razılaşdırılaraq verilir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ərlə arvad öldü
Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölənlər var
Qaz olmayacaq


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO