Qaynar xətt:

(+99450) 247 90 86

FHN: Kürdə batan iki nəfərdən birinin meyiti tapılıb

FHN: Kürdə batan iki nəfərdən birinin meyiti tapılıb

REDAKTORUN SEÇİMİ

2804

03.02.2021, 13:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
31 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.
APA-nın Fövqəladə Hallar Nazirlyinin saytına istinadən verdiyi xəbərə görə, aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.