Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
5130
02.02.2021, 23:55
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, polis əməkdaşları bu dəfə “Dəli Tural” ləqəbli Tural Atakişiyevi silahla saxlayıb.
Belə ki, Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər kriminal aləmdə “Dəli Tural” ləqəbi ilə tanınan 34 yaşlı Tural Atakişiyevin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. İsti izlərlə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan Tural Atakişiyevin üzərindən 1 ədəd, atəşə yararlı, “Makarov” markalı tapança, həmin tapançaya aid sandıqdan isə 4 ədəd atəşə yararlı 9 mm kalibirli patron aşkar edilərək götürülüb.
Saxlanılan Tural Atakişiyevi silahı zibillikdən tapdığını və bir müddət yaşadığı evin yaxınlığında gizlətdiyini deyib. Atakişiyev polis tərəfindən saxlanılmazdan əvvəl isə tapançanı gizlətdiyi yerdən götürüb, tapdığı zibilliyə atmaq üçün üzərində daşıdığını bildirib.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.