Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2264
30.01.2021, 19:54
Dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Köhnə istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələri ilə əvəz edilir.
Oxu24.com BNA-ya istinadən xəbər verir ki, bu çərçivədə “Koroğlu” NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xətti ilə də bağlı dəyişiklik edilib. Belə ki, 01.02.2021-ci il tarixindən bu xətt üzrə sərnişindaşımaları “Azland-Plaza MMC”-yə həvalə olunub. Daşıyıcı tərəfindən xətt üzrə sərnişindaşımalarına iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb ediləcək.
Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olacaq: "Məlumat üçün bildiririk ki, 217 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları əsasən köhnə, texniki baxımdan sərnişindaşıma tələblərinə cavab verməyən kiçiktutumlu avtobuslarla icra edilib. Ötən müddətdə xidmət səviyyəsinin aşağı olması ilə bağlı sərnişinlərdən çoxsaylı müraciətlər daxil olub. Dəfələrlə daşıyıcı “6-Dost” MMC-yə yazılı və şifahi xəbərdarlıq edilsə də, bu istiqamətdə hər hansı tədbir görülməyib. Bu səbəbdən də onunla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam verilib".
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.