Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
23861
28.01.2021, 21:33
Fevralın 15-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.
Oxu24.com AZAL-a istinadən xəbər verir ki, növbəti ayda, 15 və 22 fevral tarixlərində AZAL qeyd edilən istiqamətdə iki uçuş yerinə yetirəcək. Mart ayından etibarən isə Dubay istiqamətində uçuşların sayı artırılaraq həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.
Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.
Bakı-Dubay istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:
- vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: //www.azal.az/az/information/covid-dubai;
- Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;
- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində). COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: //www.azal.az/az/information/covid-clinics
Dubay-Bakı istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:
- Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilmişdir: //www.azal.az/az/information/covid-azerbaijan;
- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar. Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhür, həmçinin QR-kodun əks olunduğu arayış vasitəsilə yoxlanılacaq. Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: //www.azal.az/az/information/covid-dubai.
Hər iki istiqamətdə uçan sərnişinlər üçün:
- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;
- pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmaq: //youtu.be/-s-0s4o1L2M
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.