Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda güclü yanğın başladı: Havaya təyyarə qaldırıldı

SON DƏQİQƏ! Azərbaycanda güclü yanğın başladı: Havaya təyyarə qaldırıldı

REDAKTORUN SEÇİMİ

6264

17.01.2021, 18:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyindən Oxu24.com-a  verilən məlumata görə,  nazirlik tərəfindən Yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub. 

Əlavə məlumat veriləcək.