Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45918
az

Qorxunc proqnoz: Xəzər dənizini təhlükə gözləyir

08:4506 Yanvar, 2021
2028
REDAKTORUN SEÇİMİ
  • A
Qlobal istiləşmə səbəbindən Xəzər dənizini genişmiqyaslı dayazlaşma təhlükəsi gözləyir. Su hövzəsinin həcmi davamlı olaraq azalır. Oxu24.com xəbər verir ki, Almaniya və Niderland alimlərinin bununla bağlı tədqiqatı “Nature Communications Earth & Environment” jurnalında dərc olunub. Alimlər güman edirlər ki, regionda temperaturun yüksəlməsi yerli əhali və təbiət üçün faciəvi nəticələrə gətirib çıxara bilər. Beləliklə, Xəzər dənizi 2100-cü ildə üç dəfə kiçilə bilər. Alimlər bunun əsas səbəblərindən birinin yağıntının illik miqdarının azalması olduğuna inanırlar. Bundan əlavə, dənizə axan suların əhəmiyyətli hissəsi suvarma üçün istifadə edilir. Dənizin dayazlaşması Xəzər suitisinin nəslinin kəsilməsinə gətirib çıxara bilər. Artıq suitilərin sayı azalır. Bu vəziyyət unikal deyil və postsovet məkanı ərazisində baş verib - Aral gölü praktiki cəhətdən belə yox olub. Daha əvvəl AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan, ondan təcrid edilmiş dəniz olduğundan səviyyəsinin mütəmadi dəyişməsi, yəni enib-qalxması təbii haldır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbə qız öldü
Azərbaycanda məktəbli qızın "tiktok"da biabırçı videosu: Canlı yayımda görün nə etdi...
Çimnazın atası görün nələri danışdı - VİDEO

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı