Qaynar xətt:

(+99450) 247 90 86

Şuşada Azərbaycanla Rusiya arasında MÜHÜM GÖRÜŞ: Dağlıq Qarabağ bölgəsində...

Şuşada Azərbaycanla Rusiya arasında MÜHÜM GÖRÜŞ: Dağlıq Qarabağ bölgəsində...

REDAKTORUN SEÇİMİ

1293

20.11.2020, 17:12

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

Fövqəladə Hallar Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.