Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
777
19.11.2020, 22:33
David Tonoyanın Türkiyəyə silah satması ilə bağlı xəbər Ermənistanda şimşək kimi çaxdı və bəlkə də Spitakda baş verən zəlzələ erməniləri bu qədər silkələməmişdi. Xəbərdə deyilir ki, Maldiv adalarında qeydiyyatdan keçmiş “Mosston Engineering” adlı şirkət bir neçə ildir Qazaxıstanla Türkiyə arasında silah ticarəti həyata keçirirmiş.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” agentliyi məlumat yayıb. Məlumatdakı ən təəccüblü məqamsa odur ki, silah ticarətini həyata keçirənlər şirkətin təsisçiləri – Ermənistan müdafiə naziri David Tonoyan və onun müavini Makar Qambaryandır. Ən dəhşətlisi isə odur ki, şirkət tədarükçü tərəfə avans ödəmək üçün Ermənistan Müdafiə Nazirliyindən 3,5 milyon ABŞ dolları həcmində borc götürüb. Doğrudur, borc bir müddət sonra nazirliyin hesabına ödənilib. Amma bu xəbər kimlər tərəfindənsə bəzi teleqram kanallarına sızdırılıb. Bundan əlavə, teleqram kanalının müəllifləri Türkiyə Cümhuriyyəti tərəfindən “Mosston Engineering”ə verildiyi iddia edilən istifadəçi sertifikatının ekran görüntüsünü də yayımlayıblar. Buna əsasən “Sputnik Armenia” agentliyi Qazaxıstandan açıqlamalar almaq qərarına gəlib. Bu məqsədlə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinə, habelə müdafiə əməliyyatlarında bilavasitə iştirak edən “Kaztexnologi” ASC-yə sorğu göndərib.
Nazir müavini Talqat Jaljumenovun göndərdiyi cavab məktubunda “Kaztenologi” ASC-nin Türkiyə Respublikasına silah və sursat tədarük edilmədiyi qeyd olunur. “Xarici “Mosston Engineering” şirkəti tərəfindən Türkiyə Respublikasına silah və sursat ixracı ilə bağlı sorğunuzu nəzərdən keçirərək “Kaztexnologi” şirkətinin Türkiyə Respublikasına silah və sursat tədarük etmədiyini bildiririk”. Nazir müavini, eyni zamanda, Türkiyə Cümhuriyyətinin Mosston-a verdiyi sertifikatın Qazaxıstan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq Qazaxıstanda hərbi əmlak alqı-satqısına icazə üçün əsas olmadığını vurğulayıb.
“Sputnik Armenia” eyni sorğunu Qazaxıstan “Kaztexnologi” ASC-yə də göndərib. Şirkətdən agentliyin sorğusuna verilən cavabda isə deyilir: “Mosston Engineering” şirkəti ilə “Kaztexnologi” ASC arasında silah-sursat satışına dair 2 aprel 2015 ildə müqavilə imzalanıb və müddəti 1 mart 2019-cu ildə başa çatıb”.
Bütün bunlardan aydın olur ki, Ermənistan Respublikasının müdafiə naziri David Tonoyan əsl silah tüccarıdır. Və o, Ermənistan ordusunun quruculuğu ilə deyil, nazirliyin vəsaiti hesabına beynəlxalq aləmdə silah alveri ilə məşğuldur.
20:09 / 15 Noyabr 2026
21
19:51 / 15 Noyabr 2026
134
19:37 / 15 Noyabr 2026
63
19:17 / 15 Noyabr 2026
70
19:09 / 15 Noyabr 2026
73
18:40 / 15 Noyabr 2026
86
18:05 / 15 Noyabr 2026
127
17:53 / 15 Noyabr 2026
1529
17:43 / 15 Noyabr 2026
679
17:16 / 15 Noyabr 2026
557
17:12 / 15 Noyabr 2026
2895
17:09 / 15 Noyabr 2026
106
15:50 / 15 Noyabr 2026
124
15:25 / 15 Noyabr 2026
156
15:15 / 15 Noyabr 2026
143
14:47 / 15 Noyabr 2026
202
14:34 / 15 Noyabr 2026
397
14:25 / 15 Noyabr 2026
164
14:19 / 15 Noyabr 2026
139
14:02 / 15 Noyabr 2026
544
13:27 / 15 Noyabr 2026
407
12:55 / 15 Noyabr 2026
1840
12:36 / 15 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.