Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə! Ordumuz düşmənin bir bölüyünü məhv edib

Son dəqiqə! Ordumuz düşmənin bir bölüyünü məhv edib

REDAKTORUN SEÇİMİ

3953

13.10.2020, 11:59

"Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb".
Bu barədə Oxu24.com -a Müdafiə Nazirliyindən bildirilib. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.