Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39418
az

Son dəqiqə! Komendant saatında bu şəxslər çölə çıxa biləcək - Siyahı

17:5328 Sentyabr, 2020
667
REDAKTORUN SEÇİMİ
  • A
“Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilib. Oxu24.com-un məlumatına görə, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarına əsasən, xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) siyahısı aşağıdakılardır: 1. Prezidentin Administrasiyası 2. Prezidentin İşlər İdarəsi 3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti 4. Nazirlər Kabinetinin Aparatı 5. Nazirlər Kabinetinin İşlərb İdarəsi 6. Müdafiə Nazirliyi 7. Daxili İşlər Nazirliyi 8. Baş Prokurorluq 9. Ədliyyə Nazirliyi 10. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər 11. Fövqəladə Hallar Nazirliyi 12. Səhiyyə Nazirliyi 13. Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatic nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında) 14. Dövlət Gömrük Komitəsi 15. Prezidentin Təhlükəsizlik Xidməti 16. Dövlət Təhlükəsizliyi Xidməti 17. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti 18. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 19. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi 20. Dövlət Sərhəd Xidməti 21. Dövlət Miqrasiya Xidməti 22. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 23. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri 24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağadadaş Ağayevin məhkəməsindən xəbər var
İkinci sinif şagirdi vəfat edib
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Məşhur şirkətin regional direktoru bu ölkədə ÖLDÜRÜLDÜ -FOTO