Qaynar xətt:

(+99450) 247 90 86

Bu müəllim və şagirdlər sabah dərsə buraxılmayacaq - Nazirlikdən ÖZƏL AÇIQLAMA

Bu müəllim və şagirdlər sabah dərsə buraxılmayacaq - Nazirlikdən ÖZƏL AÇIQLAMA

REDAKTORUN SEÇİMİ

718

14.09.2020, 20:15

Xəbər verdiyimiz kimi sabah dərslər başlayır. Qeyd edək ki,ibtidai siniflər üçün dərslər Bakıda həftədə 2 digər rayonlarda isə 3 dəfə ənənəvi formada keçiriləcək. İbtidai sinif müəllimlərinin hamısı koronavirus testindən keçiblərmi?

Oxu24.com  xəbər verir ki , bununla bağlı Sonxeber.az-a danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, əvvəlki günlərdə özündə hər hansı bir narahatlıq hiss edən həmin müəllimlər dərsə buraxılmayacaq:

"Sabahdan dərslər başlayır. Məktəbin girişində şagirdlərin və müəllimlərin hərarəti ölçüləcək. Temperaturu 37-dən yuxarı olan şagirdlər və müəllimlər məktəbə buraxlmayacaq.

Bütün müəllimlərin kütləvi şəkildə koronavirus testindən keçirilməsi məsələsi hələlik gündəmdə deyil. Amma özündə narahatlıq hiss edən müəllimlər lazım olarsa koronavirus testindın keçirilə bilərlər".