Azərbaycanın tanınmış sabiq bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı çıxılmaz vəziyyətdə qalıb.
"Qafqazinfo" xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edərək yardım istəyib.
Zeynəb Dubay kralının ailəsindən olan Şeyx Səid Əl Məktumdan ayrıldıqdan sonra onun adamları tərəfindən təqib edildiyini bildirib. Bu barədə artıq məşhur "Daily Mail" nəşri də məlumat yayıb.
Zeynəb sözügedən görüntülərdə ağlayaraq iddia edib ki, təqib edən şəxslər onun övladlarını oğurlamağa çalışır.
Qeyd edək ki, cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər. Onların bu evlilikdən 3 övladı dünyaya gəlib.
Həyat yoldaşı Zeynəbdən 15 yaş böyük olub və bu, şeyxin 3-cü evliliyi idi.
Onu da qeyd edək ki, Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğludur.
Səid Əl Məktumun öz altıncı həyat yoldaşı şahzadə Həyya isə ötən il ərindən gizli olaraq Londona qaçması ilə gündəmə gəlmişdi.
Oxu24.com
ŞƏRHLƏR