Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38860
az

Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə - Təxirə salındı

09:4913 Sentyabr, 2020
516
  • A
Sentyabrın 12-də "Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayacaq ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınıb. Qaynarinfo xəbər verir ki, zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, "Yüksəliş” müsabiqəsinin iştirakçıları olub. Zəhərlənmə halları qeydə alındıqdan dərhal sonra "Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb. İmtahan keçirilən məkanda Təcili Tibbi Yardım briqadası tərəfindən zərərçəkmişlərə dərhal ilkin tibbi yardım göstərilib və zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər 1 və 3 saylı Şəhər Klinik Xəstəxanalarına yerləşdirilib. Zəruri tibbi müayinələrdən keçməklə müvafiq tibbi yardım göstərildikdən sonra zərərçəkmiş şəxslər evlərinə göndərilib. Müsabiqənin İşçi qrupunun heyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və TƏBİB nümayəndələri zərərçəkmiş şəxslərə baş çəkib, vəziyyətləri ilə yaxından maraqlanıblar. "Yüksəliş” müsabiqəsinin təşkilatçıları tərəfindən yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda Qida Təhlükəsizliyi Agentliyi və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb. Qeyd edək ki, "Yüksəliş” müsabiqəsinin "İdarəetmə potensialı üzrə” imtahanının yeni tarixi yaxın günlərdə açıqlanacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un Liderlər Sammitində ailə fotosu çəkdirilib
Sahil Babayev rəsmən açıqladı:Minimum əməkhaqqı və pensiyalar artırılacaq
Hava ilə bağlı XƏBƏRDARLIQ –QAR GƏLİR…

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü