Prezident ona vəzifə verdi - SƏRƏNCAM
14 May 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1225
08.07.2020, 14:30
Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Lütfi Qədirovun Orkestrin hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə,
Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.