Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Azərbaycanın baş epidemioloqu istefa verdi

SON DƏQİQƏ: Azərbaycanın baş epidemioloqu istefa verdi

REDAKTORUN SEÇİMİ

963

08.07.2020, 13:19

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.

Oxu24.com  xəbər verir ki, bu barədə İ. Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm.

1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”. //APA