Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1311
15.06.2020, 01:20
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.
Oxu24.com xəbər verir ki, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.
Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında 15 iyun tarixində açılacaq.
Bakı-İstanbul reysinə həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya bu ölkədə yaşayış hüququ olan şəxslər) aviabilet əldə edə bilər. Türkiyəyə səfər edən Azərbaycan Respublikası vətəndaşları Türkiyə ərazisinə daxil olma qaydaları ilə tanış olmaq və müvafiq icazələrin alınması üçün Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər.
İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.
Yeni qaydalara əsasən, uçuşlara yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testini keçən və neqativ nəticə alan sərnişinlər buraxılacaq. Bu halda COVİD-19 neqativ müayinə arayışı ilə İstanbul-Bakı reysi ilə səfər edən Azərbaycan vətəndaşları karantində saxlanmaq tələbindən azad olunurlar. Lakin COVID-19 simptomları müəyyən olunan sərnişinlər təkrar tibbi müayinəyə cəlb oluna bilərlər.
Bakı-İstanbul reyslərinə 1-ci Terminalda xidmət göstəriləcək.
İstanbuldan uçuş zamanı qeydiyyat masasında İstanbulun "Memorial Sağlık Grubu" klinikası tərəfindən təqdim edilən və reysin uçuşundan ən gec 48 saat əvvəl alınan COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir. Qeyd etməliyik ki, bu klinika Türkiyə Səhiyyə Nazirliyi tərəfindən koronavirusa dair testdən keçmək üçün tövsiyə edilmişdir. Bir daha xatırladırıq ki, İstanbul-Bakı reysinə qeydiyyata yalnız Azərbaycan vətəndaşları buraxılacaq.
Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə yerinə yetirilən reyslərdə həm uçuş və çıxış hava limanlarında, həm də hava gəmilərində xüsusi qaydalar tətbiq ediləcək. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimata burada baxa bilərsiniz: //youtu.be/-s-0s4o1L2M.
AZAL sərnişinləri Operativ Qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət etməyə çağırır.
Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbələrində, uçuşun maksimum rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalniz qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər.
Günün təklif olunan videosu
16:11 / 12 May 2026
1
15:49 / 12 May 2026
44
15:42 / 12 May 2026
73
15:31 / 12 May 2026
55
15:30 / 12 May 2026
380
15:26 / 12 May 2026
243
15:15 / 12 May 2026
68
15:04 / 12 May 2026
60
14:55 / 12 May 2026
60
14:50 / 12 May 2026
60
14:44 / 12 May 2026
70
14:38 / 12 May 2026
63
14:35 / 12 May 2026
70
14:25 / 12 May 2026
60
14:23 / 12 May 2026
81
14:21 / 12 May 2026
70
13:49 / 12 May 2026
390
13:48 / 12 May 2026
95
13:34 / 12 May 2026
85
13:11 / 12 May 2026
763
13:02 / 12 May 2026
213
12:56 / 12 May 2026
223
12:49 / 12 May 2026
544
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.