Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2573
15.06.2020, 00:23
“Bəhram Bağırzadənin vəziyyəti hazırda stabildir”.
Bunu APA-ya açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.
R.Mahmudov B.Bağırzadəyə ağciyər köçürülməsinin zəruriliyi, eləcə də müalicə üçün xaricə göndərilə biləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib.
“Hələ ki, agciyər tranplantasiyasından söhbət gedə bilməz. Hər hansı ölkəyə transferi də gündəmdə deyil. Davamlı olaraq İtaliya başda olmaqla, avropalı mütəxəssislərlə müzakirə aparırıq”, - deyə R. Mahmudov qeyd edib.
O, bununla belə, əməkdar artistin kritik ağır vəziyyətinin hansı yönə gedəcəyi ilə əlaqəli məsələ haqda fikir söyləməyin hələ tez olduğunu bildirib.
R.Mahmudov B.Bağırzadənin EKMO altında intensiv müalicəsinin davam etdiyini deyib.
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.
11:35 / 18 Noyabr 2026
1
11:32 / 18 Noyabr 2026
20
11:22 / 18 Noyabr 2026
89
11:19 / 18 Noyabr 2026
52
11:15 / 18 Noyabr 2026
53
11:13 / 18 Noyabr 2026
49
11:11 / 18 Noyabr 2026
289
11:08 / 18 Noyabr 2026
55
10:21 / 18 Noyabr 2026
73
10:18 / 18 Noyabr 2026
84
10:14 / 18 Noyabr 2026
77
10:01 / 18 Noyabr 2026
86
09:11 / 18 Noyabr 2026
97
08:32 / 18 Noyabr 2026
115
00:38 / 18 Noyabr 2026
168
23:54 / 17 Noyabr 2026
168
23:36 / 17 Noyabr 2026
202
23:10 / 17 Noyabr 2026
193
23:03 / 17 Noyabr 2026
361
22:45 / 17 Noyabr 2026
208
22:22 / 17 Noyabr 2026
171
22:08 / 17 Noyabr 2026
433
21:51 / 17 Noyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.