Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
921
26.04.2020, 17:05
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların daha 50 min nəfəri üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə köçürüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Oxu24.com-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram üzrə 600 min şəxs üçün birdəfəlik ödəniş edilməsi nəzərdə tutulub. Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 400 minə çatıb. Onlara ümumilikdə 76 milyon manat vəsait köçürülüb.
Birdəfəlik ödəmə vəsaiti köçürülən şəxsin bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdiyi telefon nömrəsinə bu barədə SMS göndərilir.
O, mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir.
13:38 / 19 Noyabr 2026
12
13:34 / 19 Noyabr 2026
25
13:28 / 19 Noyabr 2026
36
13:22 / 19 Noyabr 2026
41
13:15 / 19 Noyabr 2026
52
13:09 / 19 Noyabr 2026
81
12:56 / 19 Noyabr 2026
91
12:45 / 19 Noyabr 2026
62
12:41 / 19 Noyabr 2026
92
12:27 / 19 Noyabr 2026
63
12:13 / 19 Noyabr 2026
86
12:07 / 19 Noyabr 2026
91
11:57 / 19 Noyabr 2026
96
11:45 / 19 Noyabr 2026
97
11:30 / 19 Noyabr 2026
125
11:15 / 19 Noyabr 2026
100
11:10 / 19 Noyabr 2026
99
11:05 / 19 Noyabr 2026
108
11:00 / 19 Noyabr 2026
130
11:00 / 19 Noyabr 2026
120
10:55 / 19 Noyabr 2026
111
10:47 / 19 Noyabr 2026
124
10:32 / 19 Noyabr 2026
447
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.