Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2833
16.04.2020, 09:37
Koronavirus pandemiyasından sonra dünya fərqli olacaq. Əvvəlcə bəşəriyyət içməli su qıtlığı ilə üzləşəcək. Bu insanlıq üçün daha qlobal problem olacaq.
Bu barədə açıqlamasında rusiyalı professor, hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Aleksandr Tixanski deyib. Onun sözlərinə görə, koronavirus əslində dünyaya dövlətlərin imkanlarını göstərdi:
“Koronavirus AB-də səhiyyə institutlarının olmadığını üzə çıxdı. Bu o deməkdir ki, Avropa Birliyinin səlahiyyətlərinə tibb aid deyil. Avropanın bütün səhiyyə sistemi milli səviyyədə qurulub. Məlum oldu ki, Avropada tibbi sığorta ölkələri bu problemdən qorumağa qadir deyil”.
Tixanskinin sözlərinə görə, sivilizasiyamız Ümümdünya Tənzimləmə İnstitutunun (Dünya Hökuməti) yaradılması üçün bəzi addımlar atmalı olacaq:
“Bu “Dünya hökuməti” planetin bəzi qlobal problemlərini həll etməli olacaq. Pandemiyadan sonra bəşəriyyət içməli su, sonra qida qıtlığı ilə üz-üzə qalacaq. Hər şey Afrika qitəsindən başlayacaq. Təsəvvür edin, onmilyonlarla insan içməli su çatışmazlığından öləcəkdir. Su böhranı ərzaq qıtlığına səbəb olacaq. Ac adam isə azad ola bilməz, onu bir çörək və ya bir qurtum suya almaq olar. Bu isə bəşəriyyətin quldarlıq quruluşuna qayıtması deməkdir. Məhz bu səbəbdən bu tip qlobal proseslər bir institut tərəfindən həll olunmalıdır”.
O bildirib ki, pandemiyadan sonra ölkələr seçim etmək məcburiyyətində qalacaqlar – ya milli maraqları ilə idarə olunmalı və ya yenidən qlobal birliklərə qoşulmalı olacaqlar:
“Nə virusun, nə də iqtisadi böhranın öhdəsindən gələ bilməyən Qərbi böyük etirazların güclü dalğası gözləyir. Moskva və Pekin modelləri fərqli olacaq. Dünya dəyişəcək, amma insanlar eyni qalacaq”. //Axar.az
19:10 / 19 Noyabr 2026
21
19:05 / 19 Noyabr 2026
36
18:55 / 19 Noyabr 2026
59
18:50 / 19 Noyabr 2026
93
18:07 / 19 Noyabr 2026
164
17:58 / 19 Noyabr 2026
98
17:50 / 19 Noyabr 2026
85
17:47 / 19 Noyabr 2026
326
17:45 / 19 Noyabr 2026
91
17:41 / 19 Noyabr 2026
89
17:34 / 19 Noyabr 2026
91
17:30 / 19 Noyabr 2026
101
17:20 / 19 Noyabr 2026
101
17:15 / 19 Noyabr 2026
99
17:01 / 19 Noyabr 2026
272
16:51 / 19 Noyabr 2026
377
16:50 / 19 Noyabr 2026
135
16:48 / 19 Noyabr 2026
110
16:35 / 19 Noyabr 2026
126
16:29 / 19 Noyabr 2026
119
16:24 / 19 Noyabr 2026
123
16:18 / 19 Noyabr 2026
140
16:15 / 19 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.