Kolleclərə tələbə qəbulunda "Fiziki tərbiyə müəllimliyi" ixtisası ləğv edilib
04 May 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1328
09.04.2020, 11:24
Xəbər verdiyimiz kimi, dünən Anar İsgəndərov və Aslan Bayramov adlı iki şəxs Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulub.
Oxu24.com xəbər verir ki, onlar özlərini media işçisi kimi təqdim edib, işlədikləri jurnalların möhürü ilə təsdiq edilmiş saxta arayışları satarkən saxlanılıblar.
Həmin şəxslər saxta sənəd satdıqları adamların xüsusi karantin qaydalarının tələblərini pozaraq, sərbəst hərəkət etmələrinə şərait yaradıblar.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işinə başlanılıb. Bu cinayət əməllərini törətməkdə şübhəli bilinən hər iki şəxs tutularaq istintaqa cəlb olunub.
Oxu.Az tutulan şəxslərdən birinin kimliyini müəyyənləşdirib.
Özünü “Sağlam Həyat Naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edən Aslan Bayramov əvvəllər idmançı olub. O, 2001-cü ildə Bakıda keçirilmiş boks üzrə yeniyetmələr arasında dünya çempionatının qalibi adını qazanıb. Ümumiyyətlə, həmin yarışda iki azərbaycanlı boksçu qalib ola bilib. Onlardan digəri Emil Məhərrəmov olub.
Həmçinin oxuyun
Aslan Bayramov bu uğurunun arxasını gətirə bilməyib. O, yalnız 2008-ci ilin yanvarında 69 kq çəki dərəcəsində Azərbaycan çempionu olub. A.Bayramov həmin ilin iyulunda hərbi xidmətə göndərilən yeddi boksçumuzdan biridir.


15:05 / 05 May 2026
256
15:03 / 05 May 2026
11
15:00 / 05 May 2026
18
14:58 / 05 May 2026
22
14:42 / 05 May 2026
31
14:33 / 05 May 2026
33
14:27 / 05 May 2026
48
14:21 / 05 May 2026
32
14:13 / 05 May 2026
222
14:04 / 05 May 2026
165
13:46 / 05 May 2026
52
13:38 / 05 May 2026
44
13:32 / 05 May 2026
47
13:26 / 05 May 2026
304
13:19 / 05 May 2026
195
13:19 / 05 May 2026
64
13:07 / 05 May 2026
215
12:49 / 05 May 2026
71
12:39 / 05 May 2026
221
12:26 / 05 May 2026
63
12:16 / 05 May 2026
87
12:02 / 05 May 2026
77
11:56 / 05 May 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.