Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
624
05.03.2020, 09:30
Çində yayılan və dünyada ciddi təşvişə səbəb olan koronavirus əslində təqdim edildiyi qədər qorxulu deyil. Virusun dərmanı tapılmasa da, insanlar sadə üsullarla özlərini qoruya bilərlər. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı da İTV-yə müsahibəsində bunları təsdiqləyib.
Oxu24.com xəbər koronavirusa yoluxan xəstələrin 81 faizi bu xəstəliyi çox yüngül keçirir. Əsas simptomlar aşağı hərarət və çox az öskürəkdir. Bəzən həkimə belə getmədən sağalmaq mümkündür. Cəmi 4-5 faiz xəstələrdə ağırlaşma halı olur və onların xəstəxana şəraitində müalicə almasına ehtiyac yaranır. Virusa yoluxmuş insanların ümumi vəziyyətinin yaxşılaşdırılması, nəfəsalma problemləri yarandığı halda müvafiq yardım göstərilməsi, qanlarının yoxlanması, hərarətlərinə nəzarət olunması, ümumilikdə, onların sağlam şəkildə bu dövrü keçirmələrinə köməklik göstərilməsi əsas görülən işlərdir. 65 yaşdan yuxarı olanlar üçün bu virus daha risklidir.
Təşvişə düşməyin, sadəcə ehtiyatlı davranın
Koronavirusun spesifik müalicəsi, virusu birbaşa yox edən dərman vasitəsi hələ ki yoxdur. Çünki bu, yeni virusdur, onunla davranma yolu müəyyən edilməyib.
Narahatlıq yaradan daha çox koronavirusun insanlara təsiri yox, onun geniş yayılma miqyasıdır. Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı.
Həmçinin oxuyun
Hər kəs bunu etməlidir
İnsanlar ümumi gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Qapalı məkanlarda yoluxma ehtimalı daha çoxdur. Xəstəliyin ötürülməsində önəmli olan insanların bir-birinə nə qədər yaxın məsafədə dayanması, xəstə olan insanın öskürdüyü zaman nə qədər insanı yoluxdurmasıdır. Xəstəlik bir çox hallarda öskürən və ya asqıran insanlar vasitəsilə yayılır. Açıq havada insanların 1 metrdən aralı məsafədə dayandıqları hallarda yoluxma riski çox azdır. Xəstə olanlar səyahətə çıxmamalı, başqa yerlərə, ölkələrə xəstəliyi aparmaqdan çəkinməlidirlər. Mütləq olaraq əllər tez-tez sabunla yuyulmalıdır. Sabun və su olmazsa, spirtlə əllər dezinfeksiya olunmalıdır. Əllərlə ağıza və gözə toxunmama adətinə öyrəşmək lazımdır. Xəstələrə çölə çıxmaq lazım deyil, hərarət, öskürək, əzələ ağrıları müşahidə edildikdə, evdə qalmaq lazımdır. Əgər ölkədə əhali arasında xəstəlik aşkarlansa, 60-65 və yuxarı yaşda olanlar daha çox evdə qalmalıdırlar. Əhalinin sıx olduğu yerlərə getməkdən çəkinmək lazımdır.
Maskalarla bağlı vacib xəbər
Maska koronavirusdan qorunmağa kömək etmir. Onu xəstələrlə təmasda olan səhiyyə işçiləri və xəstələr taxmalıdır. Sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur. Adi maskaların insanları qoruması barədə rəy, yanlışdır. Eyni zamanda maska qıtlığının yaranmasına səbəb olur.
19:33 / 04 Fevral 2026
1
19:26 / 04 Fevral 2026
33
19:14 / 04 Fevral 2026
37
18:47 / 04 Fevral 2026
51
18:36 / 04 Fevral 2026
58
18:28 / 04 Fevral 2026
90
18:21 / 04 Fevral 2026
72
18:12 / 04 Fevral 2026
61
18:03 / 04 Fevral 2026
756
18:01 / 04 Fevral 2026
47
17:50 / 04 Fevral 2026
85
17:40 / 04 Fevral 2026
1575
17:35 / 04 Fevral 2026
190
17:30 / 04 Fevral 2026
103
17:24 / 04 Fevral 2026
328
17:14 / 04 Fevral 2026
170
17:13 / 04 Fevral 2026
67
17:04 / 04 Fevral 2026
113
16:46 / 04 Fevral 2026
94
16:24 / 04 Fevral 2026
98
16:11 / 04 Fevral 2026
120
16:04 / 04 Fevral 2026
1663
15:54 / 04 Fevral 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.