Qaynar xətt:

(+99450) 247 90 86

Qudasına qoşulub qaçan qadının şok mesajları yayıldı

2020/01/03/1578072471_1578061437_b5a86e86-d93c-4423-ac60-4c8c26c39219.jpeg

REDAKTORUN SEÇİMİ

5510

03.01.2020, 21:24

Ağdaş rayonunda qohum olmağa hazırlaşan qudalar qoşulub qaçıblar. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb. Belə ki, rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar. Məlumata görə, R.Əliyevin arvadı qızı ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Y.Ömərovadan onun ərinə sevgi mesajlarının gəldiyini görüb. Daha sonra ərini izləyib. Məlum olub ki, kürəkəninin anası R.Əliyev qudası Y.Ömərova ilə tez-tez görüşürlərmiş. Bu hadisədən sonra yanvarın 28-də qudalar arasında mübahisə yaranıb və mart ayında toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Yanvarın 29-da isə qızın atası oğlanın anası ilə birlikdə qaçıb. Oxu24.com xəbər verir ki,ölkəni şoka salan hadisə ilə bağlı mesajlar yayılıb.
Yayılan whatsap yazışmalarında qudaların bir - birinə sevgi etirafı yer alıb. Həmin görüntünü təqdim edirik.