Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21911
az

Qoşulub qaçan qudalar danışdı: "Bir-birimizi çox sevirik"

20:2803 Yanvar, 2020
839
REDAKTORUN SEÇİMİ
  • A
Ağdaş rayonunda qohum olmağa hazırlaşan qudalar qoşulub qaçıblar. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb. Belə ki, rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar. Məlumata görə, R.Əliyevin arvadı qızı ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Y.Ömərovadan onun ərinə sevgi mesajlarının gəldiyini görüb. Daha sonra ərini izləyib. Məlum olub ki, kürəkəninin anası R.Əliyev qudası Y.Ömərova ilə tez-tez görüşürlərmiş. Bu hadisədən sonra yanvarın 28-də qudalar arasında mübahisə yaranıb və mart ayında toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Yanvarın 29-da isə qızın atası oğlanın anası ilə birlikdə qaçıb. Rayonun Kükəl kənd bələdiyyəsinin sədri İttifaq Şərifov "Report"a bildirib ki, qudaların əvvəllər bir-biri ilə əlaqələri olub: "Bütün kənd şokdadır, olan nişanlı gənclərə oldu. Onlar gərək belə bir addım atamayaydılar. Bildiyimə görə, hər iki tərəfin yaxınları Ağdaş Rayon Polis Şöbəsinə müraciət ediblər". "Report"un Yuxarı Şirvan bürosunun müxbiri kürəkəninin anasını qaçıran R.Əliyevlə əlaqə saxlayıb. R.Əliyev bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar: "Biz övladlarımızın ailə qurmasını istəmirdik. Çünki mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtramağa ehtiyac yoxdur. Bundan kimə nə? Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin onunla görüşəcək
Küləyin sürəti Bakı və Abşeron yarımadasında 27 m/s təşkil edir -FAKTİKİ HAVA

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi