Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq
20 Noyabr 2026, 12:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
910
03.01.2020, 17:29
"Qanunvericiliyin tələbləri pozulduğuna görə "EuroHome” tikinti materialları bazarında aparılan tikinti-quraşdırma işlərinin Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılmasına qərar verilib”.
Bunu FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev deyib.
O bildirib ki, Yanğın Təhlükəsizliyi Norma və Qaydalarına əməl olunmaması "EuroHome”da baş vermiş yanğın hadisəsinin qısa zaman kəsiyində geniş sahəyə yayılmasına, obyektin sahibinə və ticarət sahələrini icarəyə götürmüş şəxslərə külli miqdarda maddi ziyanın dəyməsinə səbəb olub.
E. Babayevin sözlərinə görə, digər yanğına qarşı tələblərlə yanaşı, Tikinti Norma və Qaydalarına uyğun olaraq, ölçüləri və təyinatı nəzərə alınaraq ayrı-ayrı ticarət sahələri vahid dam altında olduğu təqdirdə, onlar biri-birindən yanğına qarşı sədlərlə ayrılmalıdır ki, baş verən yanğın zamanı bir sahədən digər sahələrə yanğının yayılma ehtimalı minimum olsun.
Şöbə rəisi qeyd edib ki, bu normativ tələb obyektin layihə sənədlərində nəzərdə tutulmalı və inşası zamanı nəzərə alınmalı idi: "Lakin Yanğın Təhlükəsizliyi haqqında Qanuna uyğun olaraq, obyektin sahibi tərəfindən layihə sənədləri yanğın təhlükəsizliyi baxımından ekspertiza olunması üçün DYNX-yə təqdim olunmayıb, tikintisi və istismarı Xidmətlə razılaşdırılmadan həyata keçirilib. Həyatın hər sahəsində insan başına gələndən dərs çıxarırsa, bəlanın səbəbini analiz edib səhvlərini düzəldirsə, özünü növbəti bəlalardan mühafizə etmiş olur, riski minimuma endirir. "EuroHome”un misalında isə biz bu məntiqin əksinin şahidi olmaqdayıq.
Hazırda "EuroHome”un yanğından yararsız vəziyyətə düşmüş sahələrində tikinti-quraşdırma işləri aparılmaqdadır. Hadisədən bir aydan az müddətinin keçməsinə baxmayaraq, baş vermiş yanğın hadisəsindən obyektin rəhbərliyi tərəfindən lazımi nəticə çıxarılmayıb, tikinti qanunvericiliyinə məhəl qoyulmadan, layihə sənədləri FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan təkrarən tikinti-quraşdırma işlərinə başlanılıb. Qanunvericiliyin tələbləri pozulduğuna görə obyektdə aparılan tikinti-quraşdırma işlərinin FHN tərəfindən dayandırılmasına qərar verilib”.
E. Babayev onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən "Binə” və "Sədərək” ticarət mərkəzlərinin tikintisi zamanı yanğın təhlükəsizliyi normalarına laqeyd münasibət göstərilib, normativ sənədlərin tələblərinə uyğun olaraq, yanğına qarşı sədlərlə ayrılmasına riayət olunmayıb.
Xatırladaq ki, ötən il dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd "BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

13:34 / 21 Noyabr 2026
36
12:58 / 21 Noyabr 2026
204
12:46 / 21 Noyabr 2026
905
12:08 / 21 Noyabr 2026
169
11:54 / 21 Noyabr 2026
97
11:50 / 21 Noyabr 2026
122
11:41 / 21 Noyabr 2026
103
11:28 / 21 Noyabr 2026
1294
11:27 / 21 Noyabr 2026
136
11:24 / 21 Noyabr 2026
110
11:16 / 21 Noyabr 2026
106
11:07 / 21 Noyabr 2026
137
11:00 / 21 Noyabr 2026
1292
10:58 / 21 Noyabr 2026
127
10:33 / 21 Noyabr 2026
133
10:28 / 21 Noyabr 2026
150
10:27 / 21 Noyabr 2026
150
10:00 / 21 Noyabr 2026
206
09:42 / 21 Noyabr 2026
178
09:38 / 21 Noyabr 2026
153
09:35 / 21 Noyabr 2026
111
09:33 / 21 Noyabr 2026
131
09:03 / 21 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.