Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
7818
22.03.2026, 12:57
"Universitetlərin bölgələrə köçürülməsi məsələsi həm iqtisadi, həm də sosial-akademik baxımdan ciddi strateji qərardır. Bir çox ölkələrdə böyük şəhərlərin yükünü azaltmaq və regionların inkişafını sürətləndirmək üçün universitetlərin yerləşməsi yenidən optimallaşdırılır. Burada həm ümumi yanaşma, həm də mümkün universitet-region istiqamətləri mövcuddur".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Rizvan Fikrətoğlu universitetlərin bölgələrə köçürülməsi ilə bağlı danışarkən bildirdi.
Müsahibimizin fikrincə, tətbiqi araşdırma və yüksək texnologiyalar yönümlü universitetlər qalmalıdır:
"Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti - bu universitetlərin tədqiqat infrastrukturu, laboratoriyaları və sənaye ilə inteqrasiya imkanları Bakıda daha güclüdür. Eləcə də sənaye və dövlət qurumları ilə bağlı olan universitetlər - ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi hökumət, beynəlxalq təşkilatlar və biznes mərkəzlərinə yaxınlıq baxımından paytaxtda daha effektiv fəaliyyət göstərir".
Həmçinin ekspert vurğuladı ki, köçürülməsi daha məqsədəuyğun olan universitetlər tələbə sayı çox yüksək olmayan, tədqiqat laboratoriyalarından asılılığı az olan, sosial-humanitar ixtisasların üstünlük təşkil etdiyi və regionların iqtisadi profili ilə uyğunlaşan ali məktəblərdir:
"Mədəniyyət və incəsənət yönümlü ali məktəblər: Məsələn, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Qəbələ və ya Şəki mədəniyyət festivalları, turizm potensialı və tarixi irs baxımından daha uyğun hesab olunur. Kənd təsərrüfatı, ekologiya və aqrar istiqamətli ixtisaslar: Azərbaycan Dövlət Aqrar Universiteti hazırda Gəncə şəhərində fəaliyyət göstərir və yerində qalması doğru qərardır. Aqrar ixtisasları olan digər fakültələrin Ağstafa, Şəmkir, Tovuz kimi aqrar zonalarda yerləşdirilməsi səmərəli olar. Pedaqoji yönümlü fakültələr: Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin fakültələri regionlarda yerləşdirilə bilər. Turizm və xidmət sahəsi: Azərbaycan Turizm və Menecment Universitetinin Qəbələ, Qusar və Lənkəran kimi turizm potensialı yüksək bölgələrə köçürülməsi daha məqsədəuyğun hesab olunur.
Gəncə artıq aqrar, texniki və humanitar ali təhsil mərkəzinə çevrilir. Texniki və mühəndislik yönümlü ixtisasların burada gücləndirilməsi məqsədəuyğundur. Sumqayıt sənaye şəhəri olduğu üçün polimer, kimya, energetika və mühəndislik ixtisaslarının yerləşdirilməsi səmərə verə bilər. Şəki-Qəbələ zonası mədəniyyət, turizm, incəsənət və dizayn fakültələri üçün ideal sayılır. Lənkəran kənd təsərrüfatı (çayçılıq, sitrus bitkiləri), təbiət elmləri, ekologiya və turizm sahələri üçün uyğun bölgədir. Quba-Qusar bölgəsində İT parkları və turizm potensialını birləşdirərək proqramlaşdırma və turizm təhsili üzrə mərkəz formalaşdırmaq mümkündür. Ümumiyyətlə, universitetlərin regionlara yayılması bir sıra üstünlüklər yaradır. Bu addım Bakıda sıxlığı azaldır, nəqliyyat, yataqxana və mənzil problemlərini yüngülləşdirir. Regionlarda iqtisadi aktivlik artır, tələbə axını xidmət sektorunun inkişafına təkan verir. Eyni zamanda, universitetlərin ixtisaslaşması üçün şərait yaranır, təhsilin keyfiyyəti yüksəlir və resursların daha balanslı bölgüsü təmin olunur".
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.