Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1077
18.10.2025, 23:19
“Ramiz Mehdiyev həmişə özünü Qarabağı sevən biri kimi qələmə verib. Lakin tam əksini düşünən adamdır”.
Oxu24.com xəbər verir ki, bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, Ramiz Mehdiyev bütün dövrlərdə Qarabağ məsələsində Rusiyanın planlarını həyata keçirirdi:
“O, daxildə Qarabağı istəyənlərin müqavimətini sındırmağa çalışırdı. Rusiyanın sifarişinə uyğun addımlar ataraq Azərbaycanın işğalla barışması üçün səy göstərirdi. Yəni Ramiz Mehdiyev Qarabağın işğaldan azad olunmamasını istəyirdi. Üstəlik, Ramiz Mehdiyevin kökləri də qaranlıqdır. Onun kökünün ermənilərlə bağlı olduğuna dair çoxlu fikirlər var. Hətta zamanında Nadir Ağayev də bu barədə yazıb. Ramiz Mehdiyevin Rusiya və Ermənistanın mövqelərinə uyğun addımlar atdığı açıq şəkildə görünür. O, anti-Qarabağ, anti-Azərbaycan siyasəti həyata keçirirdi”.
Siyasətçi xatırladıb ki, Ramiz Mehdiyev vaxtilə onun rəhbəri olduğu Qarabağ Azadlıq Təşkilatına da təzyiq göstərib:
“Qarabağ Azadlıq Təşkilatının fəaliyyəti dönəmində Ramiz Mehdiyevin əngəlləri ilə hər zaman qarşılaşmışıq. O, bizə təzyiqlər göstərirdi. Qarabağ Azadlıq Təşkilatı aksiyalar keçirir və bu istiqamətdə dövlətə yardımçı olmağa çalışırdı. Lakin Ramiz Mehdiyev hər fürsətdə bizə müqavimət göstərirdi. 1999-cu ildə Şuşanın işğal günündə Qarabağa yürüş həyata keçirmək istəyəndə bunu daha aydın gördük və həbs olunduq.
Həmin dönəmlərdə bizim Ağsaqqallar Şurasının üzvlərindən biri olan rəhmətlik Asif müəllim Xalq şairi Bəxtiyar Vahabzadənin yanında gedərək ondan dəstək istəmişdi. Bəxtiyar Vahabzadə Qarabağ Azadlıq Təşkilatının tədbirlərində iştirak etdiyi üçün ümid yeri kimi onun yanına getmişdi. O da bizim həbs olunmağımız və təzyiqlərlə bağlı Ramiz Mehdiyevə zəng etmişdi. Lakin Ramiz Mehdiyev Bəxtiyar Vahabzadəni danlayaraq “Qarabağ sənin nəyinə lazımdır?” demişdi. Yəni onun Qarabağa münasibəti belə idi”.
Akif Nağı Ramiz Mehdiyevin sifarişi ilə həbs olunduğunu da söyləyib:
“2004-cü ildə də Ramiz Mehdiyevin göstərişi ilə bizi həbs etdilər. Məqsəd Qarabağ Azadlıq Təşkilatını ləğv etdirmək idi. Mənə 5 il, digər üzvlərimizə də 3-4 il iş vermişdilər. Lakin Prezident İlham Əliyev məsələyə müdaxilə etdi və bizim işimizə yenidən baxıldı. Nəticədə şərti cəza ilə azadlığa buraxıldıq. Yəni Ramiz Mehdiyev Qarabağı tələb edənləri tam şəkildə neytrallaşdırmaq istəyirdi”.
Partiya sədri vurğulayıb ki, bütün bunlara göz yummaq olmaz:
“Ramiz Mehhdiyevin xalqa və dövlətə qarşı qəddarlığına görə Azərbaycan tarixində tayı-bərabəri yoxdur. O, dövlətə və millətə nifrət edir. Hesab edirəm ki, Ramiz Mehdiyev ən ağır şəkildə cəzalandırılmalıdır. Həmçinin, onun cinayətlərinə şərik olmuş şəxslər də qanun qarşısında cavab verməlidirlər”.
12:15 / 10 Oktyabr 2026
7
12:10 / 10 Oktyabr 2026
18
11:51 / 10 Oktyabr 2026
70
11:45 / 10 Oktyabr 2026
59
11:33 / 10 Oktyabr 2026
75
11:26 / 10 Oktyabr 2026
1481
11:11 / 10 Oktyabr 2026
723
10:50 / 10 Oktyabr 2026
96
10:35 / 10 Oktyabr 2026
97
10:31 / 10 Oktyabr 2026
80
10:26 / 10 Oktyabr 2026
87
10:24 / 10 Oktyabr 2026
66
10:23 / 10 Oktyabr 2026
69
09:40 / 10 Oktyabr 2026
66
02:13 / 10 Oktyabr 2026
211
00:16 / 10 Oktyabr 2026
236
23:59 / 09 Oktyabr 2026
179
23:57 / 09 Oktyabr 2026
2263
23:54 / 09 Oktyabr 2026
1658
23:51 / 09 Oktyabr 2026
236
23:49 / 09 Oktyabr 2026
118
23:44 / 09 Oktyabr 2026
164
23:39 / 09 Oktyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.