“Melissa Group” binanı özbaşına sökübmüş — AÇIQLAMA
27 Mart 2025, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
880
24.01.2025, 19:37
Son illərdə infarktın yaşı gəncləşib. Əvvəllər, infarkt orta yaş xəstəliyi sayılsa da, indi gənclər, hətta yeniyetmələr də infarkt səbəbiylə həyatlarını itirirlər.
Bu mövzuda bir qədər araşdırma apardıqdan sonra belə qərara gəldim ki, infarktın 7 əlaməti haqqında video hazırlayım. Bəribaşdan qeyd edim ki, sadaladığım əlamətləri müşahidə edirsinizsə, gecikmədən həkimə getməlisiniz.
1. Sinədə ağrılar. Ən çox rastlanan əlamətdir. Sinədə ağırlıq olur, ardınca, elə bil ki, ürəyə dağ basılır. Bu ağrılar səbəbiylə təcili tibbi yardıma müraciət edənlərin 70%-i infarktın astanasında olur. Müraciət etməyən, “keçib gedər” deyərək bu ağrılara dözən 30% isə həyatını riskə atır. Əgər bu ağrılar varsa, amma siz infarkt ola biləcəyinizi düşünmürsünüzsə, eyni zamanda, bunun panik-atak əlaməti olduğundan da əmin deyilsinizsə, həmən həkimə yollanın. Unutmayın, ağrının müddəti hər dəfə bir az daha uzanır. 20 dəqiqəni keçən ağrı isə artıq infarktdır;
2. Kürəkdə ağrılar. Ağrı kürəkdə başlayır, sonra sinəyə yayılırsa, bu da infarktın əlaməti sayılır. Bununla yanaşı, bəzən kürək ağrısı təkbaşına da infarktın xəbərçisi ola bilir. Odur ki, kürək ağrılarına etinasız yanaşmayın. Təcili həkimə müraciət edin;
3. Qarında ağrılar. Yəqin, indi aranızda belə düşünənlər də tapıldı: “Qarınla ürəyin nə əlaqəsi?” İndi izah edim. Ürəyin alt hissəsində başlayan ağrı diafraqma vasitəsilə mədəyə yayılır. Mədədə başlayan ağrını qarın ağrısı kimi hiss edirik. Anidən başlayan, anbaan kəskinləşən qarın ağrısı müşahidə etdiyiniz anda, xəstəxanaya çatmağa tələsin. “Köpmüşəm” deyə düşünməyin, diaqnoz qoymaq həkimlərin işidir. Onlara etibar edin;
4. Sol qolda ağrılar. Əgər sol qoldakı ağrılar hansısa travma və ya uyuşuqluq səbəbiylə başlayırsa, qorxusu yoxdur. Lakin qəfildən başlayan sol qol ağrısına sinədə basılmalar da yoldaşlıq edirsə, infarktdan şübhələnməyə dəyər. Sol əldəki hər hansı barmağın təkbaşına ağrıması, uyuşması isə infarktın əlaməti deyil. Yenə deyirəm: sol qol ağrısını sinədə ağırlıq, basılma hissi müşayiət edirsə, demək, infarkt uzaqda deyil. Sağ əlinizdən istifadə edin, təcili tibbi yardıma zəng vurun;
Həmçinin oxuyun
5. Soyuq tər. İnfarktın geniş yayılmış əlamətlərindəndir. Xüsusilə, orta yaşı geridə qoyan insanlarda bu hal müşahidə edilirsə, ailə üzvləri onu həkimə getməkçün təşviq etməlidirlər;
6. Ürək döyüntüsünün artması. Bu zaman adama elə gəlir ki, indicə ürəyi köksünü yarıb çıxacaq. Əgər bu cür çarpma, bayaqdan bəri, sadaladığım əlamətlərin hər hansısa biri ilə paralel baş verirsə, gecikmədən həkimə müraciət etmək lazımdır;
7. Nəfəs almaqda çətinlik. Bu da “yaşlı əlaməti” sayılırdı yaxın zamanadək. İndi isə mütəxəssislər gəncləri də bu mövzuda diqqətli olmağa səsləyirlər. Düzdür, ağciyərlərdə ödəm olduqda, oturduğu yerdən qalxmaq üçün var gücüylə qəfil hərəkət etdikdə, panik-atak keçirdikdə də nəfəs almaqda çətinliklər yaranır. Amma həm nəfəs almaqda çətinlik varsa, həm də sinə ağrıları, qarın ağrısı, sol qolda ağırlıq və ağrı bu hala yoldaşlıq edirsə, demək, infarkt riski 80%-i ötüb; Ürəklə zarafat etmək olmaz. Ürək orqanizmin mühərrikidir. Mühərrik işləməsə, orqanizm yaşamaz… Ürəyinizi qoruyun ki, o da sizi yaşatsın!
12:17 / 08 May 2025
Bu yol bağlanır
1
12:02 / 08 May 2025
DİN əhaliyə müraciət etdi: Bu şəxs axtarılır
18
11:52 / 08 May 2025
Avropa Trampı tənqid etməməyə çağırıb
10
11:50 / 08 May 2025
Putin və Si Cinpin danışığı başladı
11
11:45 / 08 May 2025
Aİ Türkiyəni rədd edir
15
11:44 / 08 May 2025
DYP sürücülərə müraciət edib
21
11:29 / 08 May 2025
Vyetnamın birinci xanımı İçərişəhərdə - Fotolar
25
11:23 / 08 May 2025
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək — VİDEO
28
11:13 / 08 May 2025
Pensiya alanlara şad xəbər
350
10:47 / 08 May 2025
Ohanyan səddini 40 dəqiqədə aşan ƏFSANƏVİ KOMANDİR — Milli Qəhrəmanımızı doğum günündə tanıyaq
104
10:38 / 08 May 2025
Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var
27
10:32 / 08 May 2025
Qaz olmayacaq
28
10:31 / 08 May 2025
Kapital Bank-ın 30 mln. manat həcmində istiqraznın abunə yazılışı başladı
29
10:24 / 08 May 2025
Kəlbəcərədə avtomobil çaya aşıb, sürücü xəsarət alıb
31
10:09 / 08 May 2025
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
26
10:07 / 08 May 2025
Kartdan pullar oğurlandı
33
10:04 / 08 May 2025
Sumqayıtda üç "Kalaşnikov" aşkarlanıb
31
09:59 / 08 May 2025
Bakının bu ərazilərində evlər bahalaşacaq - VİDEO
39
09:40 / 08 May 2025
Allergiyanı yüngülləşdirmək üçün mükəmməl resept
65
09:30 / 08 May 2025
İnsanın ən xoşbəxt dövrünü - Alimlər açıqladı
36
09:25 / 08 May 2025
Saray qəsəbəsinin problemləri davam edir
34
09:15 / 08 May 2025
Tolik ata oldu - VİDEO - FOTO
42
09:00 / 08 May 2025
Oğuzda ağır qəza - xəsarət alanlar var - yenilənib - VİDEO
131
07:59 / 08 May 2025
Azərbaycanda zəlzələ oldu
67
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.