Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək
30 İyun 2025, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
295
14.06.2024, 16:40
Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.
Oxu24.com xəbər verir ki, C.Hüseynovun qətlə yetirilməsinin dəqiqləşməsi ilə bağlı açılan cinayət işinin maddəsi onun erməni silahlı birləşmələri tərəfindən öldürülməsi ilə bağlı şübhələr yaradır. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.12-ci, yəni, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə maddəsinin tətbiq edilməsi bunu deməyə əsas verir. Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan istintaq tədbirlərinin yekununda məlum olacaq. Hazırda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Elə Ceyhunun itkin düşməsi ilə bağlı ilkin xəbər yayılandan bir neçə saat sonra erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyi ilə bağlı məlumat yaymışdı. Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun hərbi qulluqçusunun sərhədi keçmə ehtimalı ilə bağlı məlumata sahib olmadığını bildirmişdi.
Ermənistan silahlı birləşmələrinin bu ilin fevral ayında Zəngilanda atəş açaraq sərhədçimizi yaraladığı, hərbçilərimizin minaya düşərək şəhid olduğu, erməni diversantın gizli şəkildə Kəlbəcərə keçərək diversiya cəhdi göstərdiyi və digər hadisələrdə, eləcə də separatçıların lideri olmuş Arayik Arutyunyana da qeyd edilən maddə üzrə cinayət işləri açılıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Ceyhun Hüseynovun meyiti itkin düşdükdən 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib. Habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
Onu da əlavə edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.
Xatırladaq ki, Ceyhunun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub.(qafqazinfo)
21:00 / 09 İyul 2025
Orban Avropa siyasətçiləri üçün acı bir məqamdan danışıb
1
20:46 / 09 İyul 2025
Həyat yoldaşının adına kredit olanlar üçün VACİB XƏBƏR: Bu halda sizin də məsuliyyətiniz yaranır
1
20:30 / 09 İyul 2025
Qazaxın bu kəndi xəritədən silindi: Sərhəddə nə baş verir?
170
20:18 / 09 İyul 2025
X sosial şəbəkəsinin baş direktoru istefa verib
21
20:13 / 09 İyul 2025
Netanyahu Qəzzada sülh haqqında danışıb
16
20:04 / 09 İyul 2025
Azərbaycanda bu qayda ləğv olunur
201
19:09 / 09 İyul 2025
Azərbaycanda bu işlərin görülməsi üçün 30 milyon ayrıldı
86
19:00 / 09 İyul 2025
Putin yeni fərman imzaladı
54
18:55 / 09 İyul 2025
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 22 şirkəti sanksiyalar siyahısına əlavə edib
25
18:44 / 09 İyul 2025
Bu yeni messencer internetsiz işləyir
25
18:33 / 09 İyul 2025
Netanyahu və Tramp Ağ Evdə 90 dəqiqəlik görüş keçirdi
22
18:21 / 09 İyul 2025
Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
27
18:20 / 09 İyul 2025
Əli Əsədov qərar imzaladı
30
18:00 / 09 İyul 2025
Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK
79
17:50 / 09 İyul 2025
Ukrayna Aİ-dən milyardlarla avro almaq istəyir
29
17:42 / 09 İyul 2025
Baş nazir yeni qərar imzaladı
271
17:30 / 09 İyul 2025
Günəşdə daha bir güclü partlayış
74
17:11 / 09 İyul 2025
Məhəmməd vəfat etdi - Atası ona dərman almağa gedərkən ölmüşdü
1040
17:00 / 09 İyul 2025
Dəvə südünün bu faydası AÇIQLANDI
44
16:56 / 09 İyul 2025
Səkiyə çıxan maşın ana və qızını vurdu - Biri öldü - Video
109
16:50 / 09 İyul 2025
Rusiya 1 milyon işçi axtarır
105
16:19 / 09 İyul 2025
Ərdoğan İmamoğlu ilə bağlı bu təkliflə razılaşdı
65
16:13 / 09 İyul 2025
35 nəfər saxlanılıb
106
15:56 / 09 İyul 2025
Sabah Hacıqabulda 3 min abonentin qaz təchizatı dayandırılacaq
49
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.