Qaynar xətt:

(+99450) 247 90 86

İnəklər kütləvi şəkildə niyə öldü?

İnəklər kütləvi şəkildə niyə öldü?

REDAKTORUN SEÇİMİ

646

09.06.2024, 20:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkirdə 37 baş inək dərmandan zəhərlənərək tələf olub.

 

Hadisə rayonun Morul kəndində qeydə alınıb.

 

Kənd sakini olan Anar Məmmədovun təsərrüfatında inəklər zəhərlənərək ölüb.

 

Fermer Anar Məmmədov APA-nın yerli bürosuna bildirib ki, fərdi təsərrüfatında bəslədikləri inəkləri dezinfeksiya etmək üçün Şəmkir rayonunda yerləşən baytarlıq aptekindən “Niastol” adı ilə dərman alıb.

 

Həmin dərmanla mal-qaranı dezinfeksiya etdikdən təxminən 40 dəqiqə sonra heyvanların arasında kütləvi ölüm hadisəsi baş verib. Onun sözlərinə görə, baytarlıq aptekindən aldığı dərman “Niastol” deyil, başqa zəhərli dərman çıxıb.

 

Anar Məmmədov həmin aldığı dərmanın adiyyatı qurumlar tərəfindən yoxlanılmasını istəyir.

 

Hazırda inəklərin kütləvi tələf olması ilə bağlı araşdırma gedir.